RƏSMİ SƏNƏDLƏR


Ümumhəmkarlar İttifaqları Konfederasiyasının baş katibi Vladimir Şerbakovdan

A+ A

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm İlham Heydər oğlu.

Sizi anadan olmağınızın 55 illiyi münasibətilə Ümumhəmkarlar İttifaqları Konfederasiyası adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.

Öz talelərini Sizə etibar edən ölkə vətəndaşları Azərbaycanı sabitlik və inkişaf yolu ilə inamla irəli aparan, həqiqi ümumxalq məhəbbəti qazanmış lider kimi Sizi ardıcıl surətdə dəstəkləyirlər. Bu gün Azərbaycan xalqı ictimai inkişafın müxtəlif sahələrində dünyaya əsaslı nailiyyətlər nümayiş etdirir, özünün yaradıcı və qurucu əməyində böyük ənənələrə hörmət hissini, daim inkişaf və yenilənmə səylərini birləşdirir. Ümumhəmkarlar İttifaqları Konfederasiyasında və onun üzvü olan təşkilatlarda Azərbaycan Respublikasında demokratiyanın ən mühüm tərkib hissəsi kimi sosial tərəfdaşlıq siyasətinə və üçtərəfli təsisatların möhkəmlənməsinə ali dövlət hakimiyyətinin yetirdiyi diqqəti dərin məmnunluq hissi ilə qeyd edirlər.

Hörmətli cənab Prezident, icazə verin, milli və beynəlxalq səviyyələrdə həmkarlar ittifaqı hərəkatına daimi dəstək göstərdiyinizə görə Sizə bir daha dərin minnətdarlığımı bildirim.

Möhtərəm İlham Heydər oğlu, ən xoş və səmimi arzularımı qəbul edin. Sizə möhkəm cansağlığı və Azərbaycan xalqının rifahı naminə fəaliyyətinizdə yeni-yeni nailiyyətlər diləyirəm.

Hörmətlə,

 

Vladimir Şerbakov

Ümumhəmkarlar İttifaqları Konfederasiyasının baş katibi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır