CƏMİYYƏT


“Ümumi fizika praktikumu” dərs vəsaiti nəşr olunub

A+ A

Bakı, 3 avqust, AZƏRTAC 

Dosent Eldar Qarayev, professorlar Nadir Qəhrəmanov və Yusif Nurullayevin həmmüəllifi olduqları, müvafiq tədris proqramına uyğun yenidən işlənmiş “Ümumi fizika praktikumu” dərs vəsaiti çapdan çıxıb.

Bakı Dövlət Universitetindən AZƏRTAC-a bildiriblər ki, dərs vəsaiti ali məktəblərin bakalavr təhsil proqramı əsasında yazılıb. Nəşrdə proqramın müxtəlif bölmələrinə (mexanika, molekulyar fizika, elektrik və optika) dair 50 praktik iş verilib. Eyni zamanda, ümumi fizika kursu üzrə seçilmiş əsas laboratoriya işlərinin qısa nəzəriyyəsi, yerinə yetirilmə qaydaları, metodikası, ölçü cihazları haqqında məlumat və s. əksini tapıb.

Dərs vəsaiti tələbələr və mütəxəssislər üçün nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.