REGİONLAR


Ümummilli Liderin Vətənə olan tükənməz sevgisi Azərbaycanın dövlət müstəqilliyini təhlükədən qurtardı VİDEO

A+ A

Xırdalan, 19 oktyabr, Ətrabə Rzayeva, AZƏRTAC 

Abşeron rayonunda 18 Oktyabr – Dövlət Müstəqilliyi gününün 25 illiyi münasibətilə bayram tədbiri təşkil olunub.

AZƏRTAC xəbər verir ki, rayon rəhbərliyinin iştirakı ilə Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Dövlət müstəqilliyinin mühüm tarixi əhəmiyyətindən danışılaraq vurğulanıb ki, 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. Yalnız 70 ildən sonra sovet imperiyasının dağılması prosesi Azərbaycan xalqına öz dövlət müstəqilliyini bərpa etmək imkanı verdi.

Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı 1991-ci il oktyabrın 18-də qəbul edilsə də, Azərbaycan özünün əsl müstəqilliyini ümummilli lider Heydər Əliyevin qayıdışından sonra əldə etdi. Məhz Ümummilli Liderin zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı, Vətənə olan tükənməz sevgisi Azərbaycanın dövlət müstəqilliyini təhlükədən qurtardı. Dövlət müstəqilliyimizin bərpası bizə azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşərək beynəlxalq hüququn subyektinə çevrilmək və demokratik, hüquqi, dünyəvi dövlət qurmaq imkanı yaratdı.

Diqqətə çatdırılıb ki, ötən 25 ildə Azərbaycan xalqı dövlət quruculuğu prosesində ən ümdə amal, arzu və niyyətlərini gerçəkləşdirərək bütün sahələrdə əldə etdiyi nailiyyətlərlə haqlı olaraq fəxr edə bilər. Uğurlu daxili və xarici siyasət sayəsində dövlətçilik ənənələrimiz möhkəmlənib, iqtisadiyyatımız inkişaf edir, mədəniyyətimiz zənginləşir. 1993-cü ildən başlayaraq dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində görülən işlər və atılan məqsədyönlü addımlar Azərbaycanın bugünkü uğurları üçün ən etibarlı təməl oldu. Bir sözlə, əgər Azərbaycanın suveren dövlət kimi mövcud olması tarixi zərurətdən irəli gələn hadisə idisə, dövlət müstəqilliyinin əbədiliyi və dönməzliyi ümummilli lider Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır.

Sonra tədbir bədii hissə ilə davam etdirilib. Konsert proqramında Vətənimizə, müstəqilliyə həsr edilən mahnılar ifa olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.