REGİONLAR


Ümummilli Liderin doğum günü münasibətilə keçirilən aksiyada Gəncədə 94 min ağac əkilib VİDEO

Gəncə, 10 may, Rauf Hacıyev, AZƏRTAC

Gəncədə ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə keçirilən bir aylıq aksiyada 94 min ağac əkilib.

AZƏRTAC xəbər verir ki, ağacəkmə aksiyasında şəhər icra hakimiyyətinin rəhbərliyi, idarə və müəssisə kollektivləri, gənclər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Aksiyanın sonuncu günündə əsasən Gəncənin landşaftına uyğun 10 min ədəd müxtəlif növ ağac və 2 min 500 ədəd qızılgül kolu əkilib.

Həmçinin aksiya iştirakçıları ərazidə təmizlik-abadlıq işləri aparıb, sahəni alaq otlarından, daşlardan təmizləyib, yeni əkilən ağacları suvarıb, əvvəllər basdırılan tinglərə isə aqrotexniki qulluq göstəriblər.

Bildirilib ki, 450 hektar ərazisi olan Heydər Əliyev Park Kompleksində və şəhərin müxtəlif hissələrində həyata keçirilən aksiyada bir ay müddətində 5 min insan iştirak edib. Bununla da bir aylıq aksiyaya yekun vurulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.