REGİONLAR
Ümummilli Liderin irsinin öyrənilməsi məqsədilə təşkil olunan açıq dərslər yekunlaşıb
Ağcabədi, 29 may, AZƏRTAC
Ümummilli lider Heydər Əliyev irsinin daha dərindən öyrənilməsi məqsədilə Laçın rayonunun orta məktəblərinin XI sinif şagirdləri üçün keçirilən açıq dərslər uğurla başa çatıb.
AZƏRTAC xəbər verir ki, 2014-cü ilin fevralın 4-dən başlayaraq 81 tam orta məktəb üzrə 826 nəfər XI sinif şagirdi rayonun ümumtəhsil məktəblərinin yerləşdiyi rayonlarda fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərində keçirilən dərslərdə iştirak ediblər.
Dərslərdə Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif aspektləri geniş təhlil edilib, şagirdlərə dahi şəxsiyyətin siyasi irsi, dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsi, xalqımız və dövlətimiz qarşısında böyük xidmətləri barədə ətraflı məlumat verilib. Açıq dərslərdə şagirdlər ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini dərindən öyrənib, onun şərəfli ömür yolunu əks etdirən eksponatlar, foto və kitablarla tanış olublar.