REGİONLAR


Ümummilli Liderin səyi nəticəsində dövlət müstəqilliyimiz əbədi, dönməz xarakter alıb

Babək, 13 iyul, AZƏRTAC 

Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə atdığı qətiyyətli addımlardan biri də Babək rayonunun yaradılmasıdır. 1978-ci ildə yaradılmış rayon dahi şəxsiyyətin ölkənin dağ və sərhəd rayonlarının daha da möhkəmləndirilməsi siyasətinin məntiqi nəticəsi idi.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Ulu Öndərin hakimiyyətə gəlməsinin 48-ci ildönümü münasibətilə Yeni Azərbaycan Partiyası Babək rayon təşkilatinda keçirilən tədbirdə səsləndirilib.

Tədbirdə təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı İsa Məmmədov çıxış edərək, ümummilli lider Heydər Əliyevin sovet hakimiyyəti illərindəki fəaliyyəti dövründə Azərbaycanı müstəqil gələcəyə aparan məqsədyönlü siyasətindən danışıb. Bildirib ki, dahi şəxsiyyətin Azərbaycana birinci rəhbərliyi dövründə kənd təsərrüfatının və sənayenin müxtəlif sahələri inkişaf etdirilib, ölkədə 250 yeni müəssisə yaradılıb. Yeni ali və orta ixtisas təhsili müəssisələri açılıb, gənclərimizin digər respublikalarda ali təhsil almaları təmin olunub. Görkəmli dövlət xadiminin həyata keçirdiyi tədbirlər nəticəsində Azərbaycan SSRİ-nin ən qabaqcıl respublikasına çevrilib və öz güclü iqtisadi potensialını, intellektual bazasını yaradıb.

İsa Məmmədov vurğulayıb ki, ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanı düşdüyü fəlakətlər girdabından xilas edən Ulu Öndərin səyi nəticəsində dövlət müstəqilliyimiz əbədi, dönməz xarakter alıb. Bu gün Azərbaycan öz iqtisadi inkişafına görə dünyanın öndə gedən ölkələrindən birinə çevrilib. Bunu Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının timsalında da görmək olar. Dahi şəxsiyyətin ideyalarının sədaqətlə həyata keçirildiyi bu qədim diyar özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. Həyatın bütün sahələrində sürətli tərəqqi yolu ilə inamla və möhtəşəm nailiyyətlərlə irəliləyən müasir Naxçıvanın sosial-iqtisadi uğurları gündən-günə artmaqdadır.

Sonra Yeni Azərbaycan Partiyası Babək rayon təşkilati Qadınlar Şurasının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Turan Məmmədlinin və Təhsil Şöbəsinin müdiri, şura üzvü Ovni Muradovun çıxışları olub.

Tədbir iştirakçıları Ulu Öndərə həsr olunmuş “Ən böyük Azərbaycanlı” adlı sənədli filmə tamaşa ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.