Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Babək rayonunun Hacıvar və Badaşqan kəndlərində yeni sosial obyektlər istifadəyə verilib

Naxçıvan, 9 dekabr, AZƏRTAC

Bu gün ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan yeni inkişaf dövrünü yaşayır. Bütün sahələrdə uğurlu islahatlar həyata keçirilir, kompleks quruculuq işləri aparılır. Yaşayış məntəqələrinin inkişafı, yeni iş yerlərinin açılması insanların rahat yaşayışını təmin edib. Uğurlu sosial islahatlar və aparılan quruculuq işləri Naxçıvan Muxtar Respublikasının da şəhər, qəsəbə və kəndlərini abad və müasir görkəmə qovuşdurub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, dekabrın 9-da Babək rayonunun Hacıvar və Badaşqan kəndlərində yeni sosial obyektlər istifadəyə verilib.

 

Hacıvar kənd yolu yenidən qurulub

Hər bir yaşayış məntəqəsinin inkişafı onun yolundan başlayır. Bu amil əsas götürülərək muxtar respublikada kənd yolları yenidən qurulur.

Dekabrın 9-da Hacıvar kənd avtomobil yolu istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib, sakinləri təbrik edib, yolda görülən işlərlə maraqlanıb.

Bildirilib ki, Hacıvar kənd avtomobil yolu müasir tələblər səviyyəsindədir. 4,7 kilometrlik kənd yolu genişləndirilərək asfalt örtük verilib, kənddaxili məhəllə yolları yenidən qurulub. Yolun üzərində 68 su keçidi qoyulub, 1250 metr beton kanal çəkilib.

 

Hacıvarda yeni kənd mərkəzinin açılışı olub

Dekabrın 9-da Hacıvar Kənd Mərkəzi istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib.

Bildirilib ki, mərkəzdə kənddə fəaliyyət göstərən dövlət qurumları üçün müasir iş otaqları ayrılıb. Binanın birinci mərtəbəsində rabitə evi, polis sahə məntəqəsi, kitabxana, baytarlıq və feldşer-mama məntəqələri, ikinci mərtəbədə isə Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, statistika otağı, inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə və 44 yerlik iclas zalı yerləşir.

Ali Məclisin Sədri baytarlıq məntəqəsi ilə tanış olub, Hacıvar kəndində heyvandarlığın inkişafı və baytarlıq xidmətinin təşkili ilə əlaqədar tapşırıq verib.

Rabitə evində 384 yerlik müasir ATS quraşdırılıb, dayanıqlı rabitə və sürətli internet xidmətinin göstərilməsi təmin edilib. Poçt bölməsində müvafiq xidmətlərlə yanaşı, əhaliyə bank xidməti də göstəriləcəkdir. Kənd kitabxanasının fondunda 5287 ədəbiyyat vardır.

Kənd mərkəzində Yeni Azərbaycan Partiyası Hacıvar kənd ərazi ilk təşkilatı üçün də iş şəraiti yaradılıb. Partiyanın 114 üzvü vardır ki, onlardan da 52-si gənc, 49-u isə qadınlardır.

Kəndlərdə quruculuq işləri aparılarkən tibbi xidmətin təşkili də diqqət mərkəzində saxlanılır. Hacıvar Kənd Mərkəzində də feldşer-mama məntəqəsi üçün 4 otaq ayrılıb, lazımi tibbi avadanlıqlar qoyulub. Məntəqə ilə tanışlıq zamanı qeyd olunub ki, bu il kənddə 43 hamilə qadın və 28 doğuş qeydə alınıb. Hamilə qadınların və uşaqların qidalanmasına, peyvənd işinin təşkilinə xüsusi diqqət yetirilir.

 

Hacıvarda müasir xidmət sahəsi yaradılıb

Dekabrın 9-da Hacıvar Kənd Xidmət Mərkəzinin açılışı olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib.

Mərkəzdə bərbərxana, qadın gözəllik salonu, ət satışı yeri, ərzaq və təsərrüfat malları olmaqla 2 mağaza fəaliyyət göstərir. Burada 5 kənd sakini işlə təmin olunub. Mağazalarda yerli məhsulların satışına daha çox üstünlük verilir. Xidmət mərkəzində kənd sakinlərinin fərdi təsərrüfatlarında istehsal etdikləri 20 çeşiddən artıq məhsul satışa çıxarılıb.

Sonra kənd sakinləri ilə görüş olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov aparılan quruculuq işlərindən sonra Hacıvar kəndinin muxtar respublikanın abad yaşayış məntəqəsinə çevrildiyini bildirərək deyib: Babək rayonunun Hacıvar kəndi dayanıqlı elektrik enerjisi, qaz və rabitə xidməti ilə təmin olunmuş, təsərrüfatların su təminatı yaxşılaşdırılmış, avtomobil yolu yenidən qurulmuş, məktəb binası, kənd və xidmət mərkəzləri istifadəyə verilmiş, icra strukturları, feldşer-mama məntəqəsi, baytarlıq məntəqəsi və kitabxana üçün müasir iş şəraiti yaradılmış, sakinlərin rahat yaşayışı təmin edilmişdir. Bütün bunlar ölkəmizdə ulu öndərimiz Heydər Əliyev tərəfindən yaradılan sabitliyin və əsası qoyulan iqtisadi inkişafın Azərbaycan Respublikasının Prezidenti tərəfindən layiqincə davam etdirilməsinin nəticəsidir. Eyni zamanda bu işlər ölkəmizdə insanlara göstərilən qayğının və dövlət-xalq birliyinin daha bir ifadəsidir.

Ali Məclisin Sədri deyib: Dövlətimiz tərəfindən Hacıvar kəndində həyata keçirilən tədbirlər, aparılan quruculuq işləri sakinlərin rahat yaşayışına hesablanıb. Tikilənləri, qurulanları qorumaq, onlardan səmərəli istifadə etmək və ölkəmizin inkişafına töhfə vermək isə sakinlərin qarşısında duran vəzifələrdir. Hər kəs çalışdığı sahədə öz işini layiqincə yerinə yetirməli, torpaqlar əkilməli, təsərrüfatlar genişləndirilməli, dövlət qurumları bundan sonra da səmərəli fəaliyyət göstərməli, dövlət-xalq birliyinin nəticəsi olaraq sakinlər ölkəmizin inkişafında pay sahibi olmalıdırlar.

Ali Məclisin Sədri qarşıya qoyulan vəzifələrin layiqincə yerinə yetiriləcəyinə əminliyini bildirib, kənddə aparılan quruculuq işləri münasibətilə sakinləri təbrik edib.

Hacıvar kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Namiq Quliyev çıxış edərək deyib ki, muxtar respublika yeni inkişaf dövrünü yaşayır, şəhər, qəsəbə və kəndlər yenidən qurularaq müasir görkəm alır. Bu işlər Babək rayonunda da uğurla davam etdirilir. 2005-ci ildə Hacıvar kəndində müasir məktəb binasının açılışı olub. Bu gün isə əsaslı şəkildə yenidən qurulan kənd yolu, müasir kənd və xidmət mərkəzləri istifadəyə verilir. Artıq Hacıvar kəndində dövlət orqanları lazımi şəraiti olan binada əhaliyə xidmət göstərəcəkdir. Kənd əhalisinin rahat yaşaması və işləməsi üçün bütün şərait vardır. Kənd sakinləri adından minnətdarlıq edən Namiq Quliyev yaradılan şəraitin müqabilində daha səylə çalışacaqlarını bildirib.

***

Hacıvar kəndində bir sıra abadlıq işləri də görülüb, 2500 metr rabitə, eləcə də 700 metr fiber-optik kabel xətti çəkilib. Kəndin elektrik və qaz sistemləri də yenilənib, 3250 metrlik elektrik xətti çəkilib, transformator yarımstansiyası əsaslı təmir edilib, 2500 metrlik müxtəlif diametrli qaz xətlərində təmir-bərpa işləri aparılıb. Kənddə suvarma tədbirləri də yaxşılaşdırılıb, yeni suvarma su xətti çəkilib, yolkənarı yaşıllıq zolaqlarında suvarma sistemləri quraşdırılıb.

Badaşqan kəndində xidmət mərkəzi fəaliyyətə başlayıb

Kəndlərin inkişafında əsas amillərdən biri də müasir xidmət sahələrinin yaradılmasıdır. Bu tədbirlər bir tərəfdən insanların rahatlığına xidmət edirsə, digər tərəfdən sakinlərin məşğulluğunun təmin olunmasına hesablanıb.

Dekabrın 9-da Badaşqan Kənd Xidmət Mərkəzinin açılışı olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib, mərkəzdə yaradılan şəraitlə maraqlanıb.

Bildirilib ki, xidmət mərkəzində bərbərxana, qadın gözəllik salonu, ərzaq və təsərrüfat malları mağazaları fəaliyyət göstərir. Mərkəzdə 4 nəfər işlə təmin olunub. Xidmət mərkəzinin tikintisi zamanı kənddə abadlıq tədbirləri də görülüb, rabitə xətləri yenilənib, yaşıllıq zolaqlarında yeni suvarma sistemləri quraşdırılıb.

Ali Məclisin Sədri xidmət mərkəzində yerli məhsulların satışına üstünlük verilməsi və sakinlərin gündəlik tələbatının nəzərə alınması barədə tapşırıqlar verib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Samir Abasov “Barselona”nın prezidenti ilə görüşüb

Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi gücləndirilib

Böyük yazıçı, alim və pedaqoq

“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb

Dünya birjalarında neft bahalaşıb

“Azeri Light” markalı neft ucuzlaşıb

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin may ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

Çinin “Şencou-18” missiyasının astronavtları kosmik stansiyaya çatıb

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub

Çin ABŞ-dan “qırmızı xətt”i keçməməyi tələb edir

36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb

Füzuli sakini: Arzu edirəm bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsınlar

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB VİDEO

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2 VİDEO

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik