Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Moskvada təntənəli qəbul VİDEO

Moskva, 11 may, AZƏRTAC

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə ölkəmizin Rusiya Federasiyasındakı səfirliyində təntənəli qəbul keçirilib.

Foyedə Heydər Əliyevin barelyefi qarşısına güllərin qoyulması ilə başlanan mərasim səfirliyin konfrans zalında davam edib.

Tədbirdə çıxış edən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bildirib: “Ulu öndər Heydər Əliyev deyirdi ki, qəlbimin bir hissəsi Rusiyadadır. Bu, həqiqətən də belə idi. Heydər Əliyev Sovet İttifaqının rəhbərlərindən biri olub. O, Moskva, Rusiyanın regionları və keçmiş SSRİ respublikaları üçün çox böyük işlər görüb. Onun xidmətləri unudulmazdır”. Diplomat qeyd edib ki, Heydər Əliyev müasir Azərbaycanın memarıdır və onun siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Böyük Qələbənin 70 illiyi münasibətilə tədbirə toplaşanları təbrik edən P.Bülbüloğlu deyib: “Bu, bizim ümumi qələbəmizdir. Dünyanın faşizm xəstəliyindən xilas edilməsində Sovet İttifaqında yaşayan bütün xalqların böyük xidmətləri olub. Çox təəssüf ki, bu gün İkinci Dünya müharibəsinin yekunlarını təftiş etmək cəhdləri göstərilir. Azərbaycan Prezidenti hesab edir ki, bunlar tamamilə perspektivsiz cəhdlərdir. Prezident İlham Əliyev başda olmaqla, Azərbaycan xalqı əmindir ki, bu, yolverilməzdir”.

Çıxış edənlər XX əsrin görkəmli siyasətçisi haqqında xatirələrini bölüşərək vurğulayıblar ki, xalqına və ölkəsinə qəlbən bağlı olan Ulu Öndər siyasi müəllim, müdrik rəhbər və gözəl insan olub.

Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy bildirib ki, Heydər Əliyevin adı Rusiya üçün önəmli və qiymətlidir. O deyib: “Bizim hamımız ötən əsrin 80-ci illərinin ikinci yarısının hadisələrinin necə mürəkkəb olduğunu və Heydər Əliyevin Moskvaya gəlişinin necə mühüm rol oynadığını xatırlayırıq. Sovet İttifaqının sosial infrastrukturunun inkişafında Heydər Əliyevin xidmətləri ölçüyəgəlməzdir. Heydər Əliyevsiz bu gün müasir Azərbaycan da olmayacaqdı. Onun Azərbaycan xalqı qarşısında xidmətləri misilsizdir. O, nəinki dövləti qoruyub saxlayıb, həm də onun fundamental əsaslarını qoyub. Bu əsaslar nəticəsində Azərbaycan bu gün dünyada çiçəklənən, inkişaf edən və hörmət bəslənilən respublikaya çevrilib”.

P.Bülbüloğlu dünya elminin və Azərbaycan-Rusiya elmi əlaqələrinin inkişafındakı xüsusi xidmətlərinə görə Rusiya Akademiyasının həqiqi üzvü, fizika sahəsində Nobel mükafatı laureatı Jores Alferovun Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) qərarına əsasən “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı” ilə təltif olunduğunu bildirib və medalı alimə təqdim edib.

Fəaliyyətinin yüksək qiymətləndirildiyinə görə AMEA-ya təşəkkür edən J.Alferov deyib: “Bu gün çox fərəhli gündür. Mayın 9-da biz Böyük Qələbənin 70 illiyini qeyd etdik. Bu gün isə ulu öndər Heydər Əliyevin doğum gününü qeyd edirik”. Daha sonra alim bir çox azərbaycanlılarla, o cümlədən məşhur fizik, akademik Həsən Abdullayevlə dostluğundan da söhbət açıb.

Tədbirdə çıxış edən Rusiya Federasiyası Prezidentinin səlahiyyətli nümayəndəsi Aleksandr Beqlov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevlə görüşlərini xatırlayaraq deyib: “O, çox müdrik, istedadlı insan və əsl müəllim idi. O, Rusiyanın çətin günlərində kömək əlini uzadıb və xalqımızı dəstəkləyib. Rusiya Federasiyasının Prezidenti Vladimir Putin də Heydər Əliyevə hər zaman böyük hörmət bəsləyib”.

Dövlət Dumasında Rusiya Federasiyası Kommunist Partiyası fraksiyasının sədri Gennadi Züqanov Azərbaycanın çətin vaxtlarını - ötən əsrin 90-cı illərinin əvvəllərini xatırlayaraq qeyd edib ki, yalnız Heydər Əliyevin respublikada hakimiyyətə qayıdışı ilə ölkədə əmin-amanlıq bərpa olunub. G.Züqanov deyib: “Heydər Əliyev Azərbaycanda rus icmasının üzvləri ilə görüşərək onların azadlığına və müstəqilliyinə zəmanət verdiyini bildirib. Bu gün Azərbaycanda ruslar və müxtəlif xalqların nümayəndələri bir yerdə yaşayırlar və işləyirlər”.

Daha sonra G.Züqanov səfir P.Bülbüloğluya Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi ilə əlaqədar xatirə nişanını təqdim edib.

Dövlət Dumasının deputatı Leonid Slutski diqqətə çatdırıb ki, ulu öndər Heydər Əliyevin doğum gününün qeyd edildiyi bu binada Azərbaycan xalqının Ümummilli Lideri 1990-cı ildə Bakıda törədilmiş qanlı qırğının baiskarlarını ittiham etmişdi. “Heydər Əliyevin Bakıya qayıtmaq qərarı tarixi qərar idi. Onun bu gəlişi ilə ölkənin həyatında yeni mərhələ - sülhə, sabitliyə və müasir Azərbaycan dövlətçiliyinə doğru hərəkatın mərhələsi başlandı. Əminliklə demək olar ki, Heydər Əliyev müasir Azərbaycan dövlətinin banisidir”, - deyə L.Slutski qeyd edib.

Təntənəli qəbulda Rusiyanın məşhur siyasətçiləri, mədəniyyət xadimləri, Moskvada akkreditə olunmuş xarici ölkələrin səfirləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Moskvada təntənəli qəbul VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tədqiqat: Zərərli qidaların niyə xərçəngə səbəb olduğu məlum olub

Bayden ABŞ-ın yeganə dünya lideri olduğunu söyləyib

“Yuventus” İtaliya Kubokunun finalına yüksəlib

Premyer Liqa: “Arsenal” London derbisində “Çelsi”ni darmadağın edib

Senat ABŞ-ın Ukraynaya hərbi yardımını təsdiqləyib

Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri COP29-da iştiraka dəvət olunub

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu Gürcüstan mətbuatının diqqət mərkəzində olub

Milanda gecə saatlarında pizza və dondurma yemək qadağan olunacaq

İNALCO: Türk Mədəniyyəti və Dilləri Günündə Azərbaycan mədəniyyəti təqdim olunub

Ukrayna mülki aviasiyanın modernləşdirilməsinə dair sazişi ləğv edib

Rusiya müdafiə nazirinin müavini saxlanılıb

Nikol Paşinyan: Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənarda heç bir ambisiyası yoxdur

Dövlət Departamenti: ABŞ Rusiyanın enerji sektoruna qarşı sanksiyaları davam etdirəcək

Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının məlumatı

Rusiya XİN Bakı və İrəvan arasında sülh müqaviləsinin razılaşdırılmasının zəruri olduğunu bildirib

Bolat Nurqaliyev: Sülh prosesi başlayandan sonra Azərbaycan dünya səviyyəsində əhəmiyyətli dərəcədə yüksəlib VİDEO

Rusiya Prezidenti son 12 ildə BAM-ın gücünün üç dəfə artdığını açıqlayıb

Milli Məclisin növbəti plenar iclasında 18 məsələ müzakirə olunub

Ombudsman britaniyalı müəllifin təşəbbüsü ilə hazırlanan kitab üçün müsahibə verib

İmişlidə “Mercedes” marketə çırpılıb, yeniyetmə son anda qəzadan xilas olub: anbaan görüntülər VİDEO

AMB sədrinin rəhbərliyi ilə Azərbaycanın Bankçılıq Missiyası ABŞ-da işgüzar səfərdədir

Xankəndi şəhərində tapdığı silah-sursatları polisə təhvil verməyən şəxs saxlanılıb

"Azərreyl"in kapitanı: Xoşbəxtəm ki, əziyyətimizin bəhrəsini gördük

Azərbaycan Prezidentinin Rusiya səfəri iki ölkə arasında əməkdaşlıq baxımından tarixi önəm daşıyır ŞƏRH

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin hesabat yığıncağı keçirilib

Azərbaycan Afrika və Yaxın Şərqin ən böyük kənd təsərrüfatı sərgilərindən birində təmsil olunur

SOCAR-ın prezidenti Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri ilə görüşüb

Azərbaycan və İspaniya iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsini müzakirə edib

Portuqaliyalı ekspert: Azərbaycanda keçiriləcək COP29 iqlim dəyişikliyi ilə bağlı qlobal problemlərin həlli üçün daha səmərəli olacaq VİDEO

® “Rabitəbank”dan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək

Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub

Pekində “Azərbaycanda investisiya və ticarətin təşviqi” konfransı keçirilib VİDEO

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar

Ombudsman Aparatı uşaq hüquqları ilə bağlı təlim təşkil edib

Avstriyalı ekspert: Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu

“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümü münasibətilə silsilə tədbirlər keçirilib

MSN-in istehsal etdiyi silahlar Vətən müharibəsində və antiterror tədbirlərində düşmənə gücünü döyüş şəraitində göstərib

Ceyms Şarp: COP29-a ev sahibliyi etmək Azərbaycan üçün geniş imkanlar yaradacaq

Qarabağ Regional DOST Mərkəzində 300-dək şəxsə reabilitasiya xidmətləri göstərilib

Alman filosofu İmmanuel Kantın 300 illiyinə həsr olunmuş ümuminstitut seminarı keçirilib

Ceyhun Bayramov Çexiyanın “CEVRO” İnstitutunda ölkəmizin xarici siyasət prioritetlərindən danışıb

Voleybol üzrə Azərbaycan çempionatlarının qalibləri mükafatlandırılıb

Peşə təhsil müəssisələrinin məzun və tələbələri "Casa Culinary Cup 2024" yarışmasında qalib olublar

Qazaxıstanlı doktorantlar Neft və Qaz İnstitutunda təcrübə keçiblər

Prezident İlham Əliyevin Norveç Baş nazirinə ünvanladığı COP29-a dəvət məktubu səfirə təqdim edilib

Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb

Qarşılıqlı anlaşma və möhkəm təmələ əsaslanan Azərbaycan-Rusiya münasibətləri ŞƏRH

Azərbaycan ilə Qırğızıstan arasında mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi üçün münbit zəmin mövcuddur

Tədqiqat bəzi meşələrin iqlim dəyişikliyinə müqavimətdə mühüm rolunu üzə çıxarıb

BDU-nun tələbə və əməkdaşları Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olublar

“Hibrid enerji sistemləri və onların gələcək perspektivləri” - elmi seminar

ABŞ Konqresi üzvlərindən ibarət nümayəndə heyəti ölkəmizdə mövcud mina problemi barədə məlumatlandırılıb

AzTU-da Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin IV dalğası barədə infosessiya keçirilib

Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük

® “PAŞA Holding” üçün taksi biznesində növbəti mərhələ

Qarbi Abdelbaset: QH çərçivəsində əlaqələr Əlcəzair-Azərbaycan münasibətlərin inkişafına imkan yaradıb

“Azərreyl”in qadın komandası da Azərbaycan çempionu olub

Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətlər qura bilmişik

Baş prokuror paytaxtın Sabunçu rayonunda vətəndaşları qəbul edib

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev forumda iştirak edib YENİLƏNİB VİDEO

“Reuters”: İlon Maskın “SpaceX” şirkətində xəsarət alan işçilərin sayı artır

Türkiyə millisinin futbolçusu Fransada üçüncü dəfə qarət olunub

Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək

Çexiya cəmiyyəti avroya keçməyə hazırdır?

Nərimanov rayonunda məktəblilərə narkotiklərin zərərli təsiri barədə məlumat verilib

Beynəlxalq ekspert: Azərbaycanın yaşıl enerji keçidində liderliyi beynəlxalq əməkdaşlıq üçün strateji imkandır – MÜSAHİBƏ

Yağış Şamaxıda bəzi fəsadlar törədib VİDEO

Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş elmi seminar

® Balaxanı Əməliyyat Şirkəti ərazilərində ağacəkmə işləri həyata keçirilir

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilib - YENİLƏNİB-2 VİDEO

Kənd təsərrüfatı nazirinin müavini Qusarda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Əlcəzair parlamentarisi: Azərbaycanla əməkdaşlıq üçün geniş imkanlar mövcuddur

Şəkidə ağacəkmə aksiyası keçirilib

Azərbaycan Prezidenti: Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur

BAM-ın ərsəyə gəlməsində Heydər Əliyevin bənzərsiz xidmətləri ŞƏRH

Azərbaycan Prezidenti: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik

Ədəbiyyat İnstitutunda Abdulla Şaiqin “Türk çələngi” kitabı təqdim edilib

Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib

Prezident: Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir

Debora Zakuto: Fikrimcə Aida Mahmudovanın əsərlərindəki rəng ahəngi təbiətin onun həyatındakı rolunu göstərir

AzMİU-da “İnformasiya texnologiyaları və onların tətbiqi” adlı II beynəlxalq konfrans keçirilib

Fırat Arapoğlu: Aida Mahmudovanın ən böyük uğurlarından biri də bəşəri ziddiyyətləri əsərlərində təsvir edə bilməsidir

Küveyt Dövləti Azərbaycanla Ermənistan arasında razılaşmanı alqışlayır

Bakıda Türkiyənin Milli suverenlik və uşaq bayramı münasibətilə tədbir təşkil olunub

Prezident İlham Əliyev: Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır

İdman zalının kassasını talayaraq 12 min manat məbləğində pul oğurlayan mühafizəçi saxlanılıb

Azərbaycan Prezidenti: Hazırda neft və qaz ümumi daxili məhsulumuzun yarıdan az hissəsini təşkil edir

Azərbaycanın aparıcı musiqiçiləri Peterburq filarmoniyasında çıxış edəcəklər

Cari ilin birinci rübündə dövlət əmlakının icarəyə verilməsindən büdcəyə daxilolmalar artıb

Cibuti sahillərində miqrant qayığının batması nəticəsində 16 nəfər ölüb

BDU-nun şahmat komandasının uğuru

Alimlər heyvanlarda şüuru tanıyan bəyannamə imzalayıblar

Yeni inşa olunmuş yaşayış binası xidməti istifadəyə verilib

Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb

Xalq yazıçısı Anar məktəblilərlə görüşündə mütaliənin əhəmiyyətindən danışıb

MEDİA-da Özbəkistan Jurnalistlər İttifaqının nümayəndə heyəti ilə görüş olub

Latviya məktəblərində rus dilinin tədrisi dayandırılacaq

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 620 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sığorta ödənişinin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Küçə mühitindəki uşaqlarla bağlı layihəyə cəlb olunmuş sosial işçilər üçün təlimlər keçirilib

“Cinayət prosesini həyata keçirən orqana çağırış vərəqələrinin formaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI