CƏMİYYƏT


Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi Həştərxanda da anılıb

Bakı, 10 may, AZƏRTAC

Rusiya Federasiyasının Həştərxan vilayətində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilib. Vilayətin qubernatoru A.Jilkin tərəfindən təsdiq edilmiş tədbirlər planı çərçivəsində may ayında bir sıra tədbirlər, o cümlədən Heydər Əliyev adına 11 saylı orta məktəbdə açıq dərslər, görüşlər, “dəyirmi masa”lar təşkil olunub.

AZƏRTAC xəbər verir ki, mayın 10-da Heydər Əliyev Parkında da tədbir keçirilib. Mərasimdə Həştərxan vilayətinin beynəlxalq münasibətlər və xarici iqtisadi əlaqələr naziri Denis Afanasyev, “Həştərxan şəhər” bələdiyyəsinin administrasiya rəhbəri Oleq Polumordvinov, vilayət və şəhərin digər rəsmiləri, Azərbaycan diasporunun rəhbəri Ədalət Hüseynov, Rusiya Azərbaycan Gənclər Təşkilatının Həştərxan bölməsinin nümayəndələri, Heydər Əliyev adına məktəbin direktoru Tatyana Tixomirova, məktəbin müəllim və şagirdləri, regional qeyri-hökumət təşkilatları və gənclər iştirak ediblər.

Əvvəlcə iştirakçılar ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin əziz və parlaq xatirəsini yad ediblər. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətindən, ölkələrimiz və xalqlarımız arasında dostluq münasibətlərinin möhkəmlənməsində, inkişafında Ulu Öndərin əvəzsiz rolundan danışıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.