CƏMİYYƏT
Ümummilli lider Heydər Əliyevin ideyaları xalqımızın rifahına xidmət edir
Bakı, 12 dekabr, AZƏRTAC
Ümummilli lider Heydər Əliyevin ideyaları xalqımızın rifahına xidmət edir. Ulu Öndərin nurlu xatirəsi daim qəlbimizdə yaşayacaq.
Bu sözləri dahi şəxsiyyət Heydər Əliyevin məzarını ziyarət etmək üçün Fəxri xiyabana gəlmiş İctimai Televiziyanın əməkdaşı Kamil Məmmədov AZƏRTAC-a müsahibəsində bildirib.
K.Məmmədov qeyd edib ki, müasir müstəqil Azərbaycanın yaradıcısı və memarı, ümummilli lider Heydər Əliyevin xalq və dövlət qarşısındakı müqayisəedilməz xidmətləri yaddaşlarda əbədi yaşayacaq.
Ulu öndər Heydər Əliyevin zəngin həyat yolu xalqına, Vətəninə sonsuz məhəbbətin təcəssümüdür. Ölkəmiz və xalqımız bu gün də Ümummilli Liderin uzaqgörən siyasətindən bəhrələnərək daim inkişaf edir. Respublikanın inkişaf perspektivi layihələrinin müəllifi olan Heydər Əliyevin tövsiyələri əbədi olaraq xalqın yaddaşında qalacaq. Bizim hər birimiz bu böyük insana mənən borcluyuq.