SİYASƏT
Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət
Bakı, 11 sentyabr (AZƏRTAC). Azərbaycanda rəsmi səfərdə olan Gürcüstanın Baş naziri İrakli Qaribaşvili sentyabrın 11-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üstünə gül dəstələri düzülüb.