REGİONLAR


Ümummilli lider Heydər Əliyevin milli təhsilin inkişafında misilsiz xidmətləri xatırlanıb

A+ A

Naxçıvan, 23 sentyabr, AZƏRTAC

Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin zəngin nəzəri irsində və siyasi fəaliyyətində təhsil məsələləri xüsusi yer tutub.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Naxçıvan Dövlət Universitetində (NDU) fəaliyyət göstərən Heydər Əliyev Universitetinin “Heydər Əliyev və Azərbaycan təhsili” mövzusunda keçirilən 207-ci məşğələsində universitetin rektoru, AMEA-nın müxbir üzvi Saleh Məhərrəmov səsləndirib.

Qeyd olunub ki, bu gün müstəqil Azərbaycanda və оnun ayrılmaz tərkib hissəsi оlan Naxçıvan Muxtar Respublikasında Ümummilli Liderin siyasi kursu bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də uğurla davam etdirilir. Azərbaycan təhsilinin dünyaya inteqrasiyasına, milli və dünyəvi dəyərlər zəminində yüksəlişinə xidmət edən mühüm əhəmiyyətli tədbirlər görülür. NDU-nun maddi-texniki bazasının gücləndirilməsi, beynəlxalq əlaqələrinin inkişafı, tədrisin keyfiyyətinin yüksəldilməsi buna bariz nümunədir.

Məşğələdə mövzu ilə bağlı məruzə edən pedaqogika və psixologiya kafedrasının dosenti, pedaqogika üzrə fəlsəfə doktoru Kamal Camalov vurğulayıb ki, ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətinin hər iki dövrü milli elm və təhsilin formalaşması, ana dilində dərslik və elmi nəşrlərin hazırlanması, Vətən tarixinin, Azərbaycan dili və ədəbiyyatının, mənəvi dəyərlərin tədrisi və təbliği ilə səciyyələnir. Azərbaycan müstəqillik qazandıqdan sоnra təhsilimizin milli əsaslar üzərində yenidən qurulmasında Ulu Öndərin misilsiz xidmətləri var. Qəbul olunmuş qərarların, imzalanmış fərman və sərəncamların həyata keçirilməsi müstəqil respublikamızda təhsil sektorunun hərtərəfli tərəqqisi, məzmunca yeniləşməsi, maddi-texniki cəhətdən möhkəmlənməsi, dünya standartlarına yaxınlaşması ilə nəticələnib.

Məşğələdə vurğulayıb ki, 1996-2016-cı illərdə muxtar respublikada 356 elm və təhsil müəssisəsinin tikilməsi və ya yenidən qurulması, cari ildə 350-dən çox abituriyentin 500-dən yuxarı bal toplayaraq NDU-ya qəbul olması təhsil sahəsində qazanılan uğurların göstəricisidir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.