SİYASƏT


Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin  ildönümü səbaillilər tərəfindən qeyd olunub

Bakı, 12 iyul, AZƏRTAC 

Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin ildönümü münasibətilə Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin Şəhidlər Xiyabanındakı qərargahında tədbir keçirilib.

Səbail Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Səbail RİH, YAP Səbail Rayon təşkilatı, rayonun Ağsaqqallar, Veteran Təşkilatları Şuralarının, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin, bir sıra ictimai təşkilatların, QHT-lərin nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Əvvəlcə tədbirdə Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra Səbail Rayon İcra Hakimiyyəti Başçısının müavini Eldar Ağayev tədbir iştirakçılarını salamlayaraq ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətdə gəlməsi, fəaliyyəti ilə bağlı məruzə ilə çıxış edib. Bildirib ki, Azərbaycan dövlətçiliyi ideyasının yaşaması və sonradan yenidən reallaşdırılması birbaşa olaraq ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Dövlətçilik tariximizin özünəməxsus bir həlqəsi olan sovet dövründə də bu böyük siyasətçi və dövlət xadimi, milli inkişafımız baxımından əvəzolunmaz nailiyyətlərə imza atıb.

E.Ağayev qeyd edib ki, ulu öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişinin 48 illiyi münasibətilə Səbail rayonunun idarə və təşkilatlarında, elm və təhsil müəssisələrində müxtəlif tədbirlər keçirilir.

Toplantıda digər çıxış edənlər də ulu öndər Heydər Əliyevin Azərbaycan rəhbərliyində çalışdığı illər ərzindəki fəaliyyəti, gördüyü işlərdən danışıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.