SİYASƏT


Ümummilli lider Heydər Əliyevin xatirəsi Meksikada da yad olunub

Vaşinqton, 11 may, AZƏRTAC 

Meksikada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə bağlı tədbir keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarındakı səfirliyinin müvəqqəti işlər vəkili Məmməd Talıbov çıxış edərək ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərindən bəhs edib, onun müasir Azərbaycan tarixində müstəsna rolunu qeyd edərək ölkəni məhvolma təhlükəsindən xilas etdiyini vurğulayıb. Diplomat qeyd edib ki, hər bir azərbaycanlı müstəqil ölkəmizin bayrağının dalğalandığını gördükdə bunu dərk etməlidir. Dahi şəxsiyyət, əsrin ən parlaq simalarından olan Heydər Əliyevin bütün həyatını öz Vətəninə - doğma Azərbaycana həsr etdiyini bildirən diplomat hər bir azərbaycanlının bu xatirələri yaşatmalı olduğunu deyib. O, Heydər Əliyev irsinin gələcək nəsillərə çatdırılmasında və qlobal miqyasda daha da tanıdılmasında Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun fəaliyyətini qeyd edərək, Fondun, həmçinin çox mühüm mədəniyyət, təhsil, humanitar və digər sahələrdə layihələrin uğurla həyata keçirdiyini bildirib. Vurğulayıb ki, Azərbaycanın bugünkü uğurları, dünyada nüfuzunun gündən-günə artması, regionun lider dövlətinə çevrilməsi, ölkəmizin təşəbbüsü ilə dünya miqyaslı layihələrin böyük müvəffəqiyyətlə həyata keçirilməsi məhz Ulu Öndərin müəyyənləşdirdiyi və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət nəticəsində mümkün olub.

Sonra çıxış edən Latın Amerikası Azərbaycanlıları Assosiasiyasının sədri, Əməkdar Elm Xadimi, professor Natiq Atakişiyev və Meksikada Azərbaycanlı icmasının fəal nümayəndəsi, Milli Musiqi Konservatoriyasının professoru Spartak Babayev çıxış edərək Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə gördüyü mühüm işlərdən danışıb, o cümlədən elm və mədəniyyət sahəsinə göstərdiyi qayğını xüsusilə qeyd ediblər.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.