İDMAN


Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan atçılığın konkur üzrə beynəlxalq turnir başlayıb

Bakı, 2 iyun, AZƏRTAC

İyunun 2-də Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan atçılığın konkur üzrə beynəlxalq turnir başlayıb.

AZƏRTAC xəbər verir ki, turnirdə Azərbaycan, Türkiyə, Rusiya, Belarus, Gürcüstan və İranı təmsil edən 19 idmançı və 34 at iştirak edir. Üç gün davam edəcək yarışın ümumi mükafat fondu 78 min 800 manat təşkil edir.

“Ramana” İstirahət Mərkəzindəki “Buta Golden” Atçılıq Klubunun yaşıl meydançasında təşkil olunan yarışları Azərbaycan, Rusiya, İran, Türkiyə, Ukrayna və Fransadan olan hakimlər kollegiyası idarə edir.

Bu turnir Qafqaz Liqasına daxil olan idmançıların Dünya Kubokuna təsnifat mərhələsi hesab edilir. Eyni zamanda, final yarışı idmançılara “Longines” dünya sıralaması üçün də 50 xal toplamaq imkanı verir.

Final yarışı iyunun 4-də keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.