CƏMİYYƏT


Ümummilli lider Heydər Əliyevin xatirəsini yad etmək hər bir azərbaycanlının mənəvi borcudur

Bakı, 10 may, AZƏRTAC

Müasir müstəqil dövlətimizin memarı və qurucusu ümummilli lider Heydər Əliyevin xatirəsini yad etmək hər bir azərbaycanlının mənəvi borcudur. Ölkəmizin inkişafında, çiçəklənməsində və dünyada tanıdılmasında Ulu Öndərin tarixi xidmətləri olub. Bu gün Azərbaycan bir sıra yüksək səviyyəli beynəlxalq tədbirlərə ev sahibliyi edir.

Bu sözləri mayın 10-da ümummilli lider Heydər Əliyevin əziz xatirəsini yad etmək üçün Fəxri xiyabana gələn şair, Prezident təqaüdçüsü Sərvər Məsum AZƏRTAC-a müsahibəsində söyləyib.

S.Məsum deyib ki, biz hər zaman xalqımızın, dövlətimizin tarixində zəhməti, xidmətləri olan insanların xatirəsini yad etməliyik.

Bütün varlığı ilə Vətənə və xalqa bağlı olan böyük şəxsiyyət, dövlət xadimi Heydər Əliyev öz həyatını, zəngin dövlətçilik təcrübəsini ölkəmizin xoşbəxt gələcəyinə həsr edib. Azərbaycanın bugünkü sürətli və irimiqyaslı inkişafının təməli Ulu Öndər tərəfindən qoyulub. Respublikamızın hər bölgəsində görkəmli dövlət xadiminin quruculuq fəaliyyətinin izləri var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.