MƏDƏNİYYƏT


Ümumrespublika akvarel rəsm müsabiqəsinin yekun sərgisi açılacaq

A+ A

Bakı, 15 noyabr, AZƏRTAC

Noyabrın 29-da Bakı Xətai Sənət Mərkəzində ümumrespublika akvarel rəsm müsabiqəsinin yekun sərgisi açılacaq.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, sərgi Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Bakı Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutacaq.

Sərgidə 80-dək fırça ustasının yüksək bədii dəyərə malik sulu boya ilə çəkilmiş yeni sənət əsərləri nümayiş olunacaq. Həmçinin sərginin ekspozisiyasında akvarel texnikası ilə çəkilmiş ilk dəfə sərgilənən sərbəst mövzulu əsərlər yer alacaq. Sərginin təşkil olunmasında məqsəd akvareli yaşatmaqla yanaşı, onun gələcək inkişafına stimul yaratmaqdır.

Müsabiqənin şərtlərinə uğun olaraq sonda qaliblər mükafatlandırılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.