MƏDƏNİYYƏT


Ümumrespublika akvarel rəsm müsabiqəsinin yekun sərgisi açılıb

A+ A

Bakı, 29 noyabr, AZƏRTAC

Noyabrın 29-da Bakı Xətai Sənət Mərkəzində ümumrespublika akvarel rəsm müsabiqəsinin yekun sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, sərgi Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Bakı Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilib.

Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Qalib Qasımov, Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Elnur Hüseynov və Bakı Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov çıxış edərək bildiriblər ki, rəsm müsabiqəsinə paytaxtdan və bölgələrdən 148 rəssam 320 əsəri ilə qatılıb. Sərgi-müsabiqədə münsiflər tərəfindən 77 rəssam seçilib. Sərgidə nümayiş olunan 115-dək sənət əsəri mövzusu və məzmunu ilə maraq doğurur.

Qeyd olunub ki, sərgidə yüksək bədii dəyərə malik, sulu boya ilə çəkilmiş yeni sənət əsərləri nümayiş olunur. Sərginin ekspozisiyasında akvarel texnikası ilə çəkilmiş, ilk dəfə nümayiş olunan sərbəst mövzulu əsərlər də yer alıb.

Vurğulanıb ki, sərginin təşkil olunmasının məqsədi akvareli yaşatmaqla yanaşı, onun gələcək inkişafına stimul yaratmaqdır.

Sonda qaliblər mükafatlandırılıblar.

Qeyd edək ki, qaliblər 2017-ci ildə təşkil olunacaq beynəlxalq rəsm festivallarında iştirak etmək hüququ qazanıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.