Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Ümumrusiya Azərbaycanlılar Konqresinin prezidenti, Rusiya Elmlər Akademiyasının akademiki Məmməd Əliyevdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Rusiya Federasiyasında yaşayan və Ümumrusiya Azərbaycanlılar Konqresində birləşən azərbaycanlılar Sizi ad gününüz münasibətilə ürəkdən təbrik edirlər.

Müstəqil Azərbaycanın mövcud olduğu iyirmi beş il ərzində xalqımızın yaradıcı gücü və mənəvi potensialı o qədər parlaq təzahür edib ki, dövlətimizin sürətli yüksəlişi bütün dünya birliyində böyük maraq doğurub. Bu gün Azərbaycan Respublikası beynəlxalq münasibətlərin nüfuzlu iştirakçısıdır və inamla gələcəyə baxır. Bu işdə Sizin xidmətiniz ölçüyəgəlməzdir və hər birimizin qəlbində qürur hissi oyadan bu səmərəli fəaliyyətinizə görə Sizə minnətdarıq.

Ümumrusiya Azərbaycanlılar Konqresi Sizin Rusiyada Azərbaycan diasporunun məsələlərinə, hər bir həmvətənə, yeni tarixi şəraitdə icmamızı birləşdirən bir təşkilat kimi Konqresin fəaliyyətinə daim maraq və diqqət göstərdiyinizi bilir. Bu diqqət bizim hamımıza güc və əminlik hissi bəxş etməklə bərabər, Rusiya cəmiyyətində Azərbaycan diasporunun birləşməsində üzərimizə Sizin bizə bəslədiyiniz etimadın və ümidlərin fövqündə olmaq öhdəliyini qoyur.

Cənab Prezident, Sizi əmin etmək istəyirik ki, Azərbaycan diasporu Vətənimizin şöhrətinin artırılması, xalqımızın mənəvi və mədəni dəyərlərinin təbliği işində səylərini daha da artıracaq. Ümumrusiya Azərbaycanlılar Konqresi milli ənənələrin, ana dilinin qorunub saxlanılması, Azərbaycan Respublikasının müsbət imicinin möhkəmlənməsi sahəsində bundan sonra da fəal və ardıcıl iş aparacaq.

Sizə cansağlığı, sülh və ölkəmizin ərazi bütövlüyünün bərpası naminə böyük siyasi qələbələr diləyir, doğma Azərbaycanın daha da qüdrətlənməsini və inkişaf etməsini arzulayırıq.

 

Böyük hörmətlə,

Məmməd Əliyev

Ümumrusiya Azərbaycanlılar Konqresinin prezidenti,

Rusiya Elmlər Akademiyasının akademiki

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin