CƏMİYYƏT


“Ümumtəhsil məktəblərində riyaziyyatın kurikulum modelinə əsaslanan tədris metodikası” dərsliyi yenidən nəşr olunub

A+ A

Bakı, 8 avqust, AZƏRTAC

“Ümumtəhsil məktəblərində riyaziyyatın kurikulum modelinə əsaslanan tədris metodikası” adlı dərs vəsaiti əlavələr edilərək yenidən nəşr olunub. Dərslik Təhsil Nazirliyi, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şəki Regional Elmi Mərkəzi tərəfindən çap edilib.

AMEA-dan AZƏRTAC-a bildiriblər ki, Şəki Regional Elmi Mərkəzinin əməkdaşı, professor Firədun İbrahimovun müəllifi olduğu dərs vəsaitində müasir elmin və pedaqoji təcrübənin nailiyyətləri əsasında riyaziyyatın tədrisi metodikasının pedaqoji elm sahəsi kimi predmeti, tədqiqat metodları, fənn kimi məqsədi, məzmunu və vəzifələri, riyaziyyat təliminin strategiyaları, qiymətləndirmə mexanizmlərinin tətbiqi, əsas və alt məzmun xətlərində ehtiva olunan elementlər və onların əsas xüsusiyyətləri, ümumtəhsil məktəbinin V-VIII siniflərinin nümunəsində məzmun standartlarının reallaşdırma fəlsəfəsi müfəssəl şəkildə şərh olunur.

Nəşrin elmi redaktoru pedaqogika üzrə elmlər doktoru, professor Azadxan Adıgözəlov, rəyçiləri professor Seyidağa Həmidov və riyaziyyat üzrə elmlər doktoru Rafiq Rasulovdur.

Dərs vəsaiti pedaqoji təmayüllü ali məktəblərdə, universitetlərdə “Riyaziyyat müəllimliyi” və “Riyaziyyat və informatika müəllimliyi” ixtisasları üzrə təhsil alan tələbələr, riyaziyyat müəllimləri, həmçinin magistr və doktorantlar üçün nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.