SİYASƏT
Ümumxalq səsverməsi ilə əlaqədar Ər-Riyaddakı səfirliyimizdə yaradılan məntəqə səsverməyə hazırdır
Ər-Riyad, 15 sentyabr, AZƏRTAC
Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərlə bağlı sentyabrın 26-da Azərbaycanda keçiriləcək ümumxalq səsverməsi (referendum) ilə əlaqədar ölkəmizin Səudiyyə Ərəbistanı Krallığındakı səfirliyində hazırlıq işləri başa çatıb.
Ər-Riyaddakı diplomatik nümayəndəlikdə 6 nəfərdən ibarət məntəqə seçki komissiyası yaradılıb. Burada 16 saylı Yasamal ikinci seçki dairəsinin tərkibində yaradılmış 35 saylı seçki məntəqəsi fəaliyyət göstərir.
Bu səsvermə məntəqəsində konsulluq qeydiyyatında olan seçicilər referendumda iştirak edəcəklər.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ər-Riyad