İQTİSADİYYAT


“Unibank” “Cashback” xidmətini genişləndirib

A+ A

Bakı, 2 avqust, AZƏRTAC

“Unibank” “Cashback” xidmətini əmək haqqı, “Albalı Plus kredit” və “Albalı Plus debet” kartlarına da şamil edib.

Bankdan AZƏRTAC-a bildirilib ki, indi “Unibank”ın bütün əmək haqqı kartları və eləcə də “Albalı Plus kredit” və “Albalı Plus debet” kartlarında “Cashback” xidməti var. “Unibank” kartları ilə partnyor və qeyri-partnyor mağazalarda alış-veriş zamanı xərclənən vəsaitin 20 faizədək hissəsi 3 gün ərzində kartınıza geri qayıdacaq. Beləliklə, müştərilər həm bankın partnyor mağazalarında olan endirimlərdən faydalanacaq, həm də xərclədikləri pulun bir hissəsini bank yenidən hesablarına hədiyyə edəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.