İQTİSADİYYAT
“Unibank Mobile” əlavəsi istifadəçilərə hədiyyələr qazandırır
Bakı, 11 avqust, AZƏRTAC
“Unibank Mobile” əlavəsinin istifadəçiləri arasında keçirdiyi lotereyanın şərtlərinə görə, mobil bankinqlə əməliyyat aparan müştərilər onlarla dəyərli hədiyyə qazanacaqlar.
Bankdan AZƏRTAC-a bildiriblər ki, bank filialına getmədən, ödəmə terminalı axtarmadan, evdə və işdə telefonla bank əməliyyatı aparan istifadəçilər “İphone 6S” qazana biləcəklər. Lotereya iyulun 12-dən oktyabrın 12-dək davam edəcək.
Lotereyanın şərtlərinə görə, “Unibank Mobile” əlavəsində hər biri minimum 5 AZN olan üç əməliyyat iştirakçıya bir şans qazandıracaq. Lotereya dövrünə düşən hər təqvim ayı müştəri aparacağı əməliyyatlardan maksimum 50 şans, yəni ümumi üç ayda 150 şans toplaya biləcək.
İkinci hissədə lotereya müddətində “Unibank Mobile” əlavəsini yükləyərək minimum bir əməliyyat aparan müştərilər iştirak edəcək. Hər müştərinin yalnız bir şansı olacaq. Birinci hissədə qalib gələn müştərilər ikinci hissədə iştirak edə bilməzlər.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, bankın saytından (www.unibank.az) və yaxud “facebook” və “twitter” səhifələrindən (www.facebook.com/unibank.az, https://twitter.com/unibank) əldə etmək olar.