İQTİSADİYYAT


“Unibank” daxili pulköçürmə sistemini istifadəyə verib

A+ A

Bakı, 21 oktyabr, AZƏRTAC

“Unibank” “Unitransfer” adlı daxili pulköçürmə sistemini istifadəyə verib.

Bankdan AZƏRTAC-a verilən məlumata görə, “Unitransfer”in üstünlüyü müştərilərə bankın eyni şəhərdəki filialları arasında və yaxud bir şəhərdə yerləşən filialdan digər şəhərdəki filiala ən qısa müddətdə pulköçürmə imkanı verməsi ilə yanaşı, buna görə hesab açılmamasıdır. Yəni, köçürmə adi qaydada - ad, soyad, ata adı və kod əsasında olacaq. Adına pul köçürülən şəxs əməliyyatdan cəmi bir neçə dəqiqə sonra sadəcə şəxsiyyət vəsiqəsini təqdim etməklə istənilən “Unibank” filialından pulu götürə biləcək.

“Unitransfer”lə 4 valyutada – manat, dollar, avro və rublda pul köçürmək mümkün olacaq. Köçürməyə görə vəsaitin 0,4 faizi (minimum 2 AZN/USD/EUR, 200 RUB) həcmində komissiya tutulacaq. İlk mərhələdə yalnız “Unibank” daxilində fəaliyyət göstərən pulköçürmə sisteminin gələcəkdə digər banklarda da istifadəsi nəzərdə tutulur.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, bankın saytından (www.unibank.az ) və yaxud “facebook” və “twitter” səhifələrindən (www.facebook.com/unibank.az https://twitter.com/unibank ) əldə etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.