İQTİSADİYYAT
“Unibank” hədiyyəli yay krediti təklif edir
Bakı, 18 iyul, AZƏRTAC
“Unibank” hədiyyəli yay kredit kampaniyasına başlayıb.
Bankdan AZƏRTAC-a verilən məlumata görə, yay kampaniyası çərçivəsində rəsmi iş yeri olan hər kəs bank filiallarına 5000 AZN-dək kredit üçün müraciət edə bilər. Kreditlər 2 ilədək müddətə verilir. Kampaniya müddətində nağd kredit götürən müştərilərə ALBALI PLUS debet kartı hədiyyə veriləcək. Kampaniya avqustun 18-dək davam edəcək.
“Unibank” hazırda paytaxt və bölgələri əhatə edən geniş filial şəbəkəsi ilə ölkə vətəndaşlarının xidmətindədir. Müştərilərin rahatlığı naminə bankın filialları, həftənin 5 günü nahar fasiləsi olmadan səhər saat 9-dan 17-dək fəaliyyət göstərir.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, bankın saytından (www.unibank.az ) və yaxud “facebook” və “twitter” səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) əldə etmək olar.