İQTİSADİYYAT


“Unibank” kapitalını artırır

A+ A

Bakı, 11 oktyabr, AZƏRTAC

“Unibank”ın səhmlərinin emissiyası müvafiq dövlət orqanlarında qeydə alınıb və bank, mövcud qanunvericiliyə uyğun olaraq, səhmlərin alınması üzrə müraciətlərin qəbuluna başlayıb.

Bankdan AZƏRTAC-a verilən məlumata görə, “Unibank”ın səhmdarları bankın kapitallaşmasının əsas parametrləri üzrə prinsipial razılaşma əldə ediblər və bu qərarın daxili təsdiqlənməsi proseduru başlayıb.

Bu razılaşmaya görə bankın kapitalında beynəlxalq maliyyə institutlarının iştirak payının əhəmiyyətli dərəcədə artırılması nəzərdə tutulur. Lakin, nəzarət payı yerli səhmdarlarda qalacaq.

Emissiyanın şərtlərinə əsasən, bankın səhmdarları səhmləri əldə etməkdə üstünlük hüququna malikdirlər və bütün səhmlər bankın mövcud səhmdarları tərəfindən alınacaq. Banka yeni səhmdarların cəlbi nəzərdə tutulmur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.