İQTİSADİYYAT
“Unibank” mobil bankinq xidmətində xeyli yeniliklər edib
Bakı, 31 iyul, AZƏRTAC
“Unibank” müştərilərinin istəyi ilə mobil bankinq xidmətində xeyli yeniliklər edib.
Bankdan AZƏRTAC-a verilən məlumata görə, indi “Unibank Mobile” xidmətində əsas ekran daha rahat olub. “Unibank Mobile”dan istifadə edən hər kəs öz smartfonunda daha çox istifadə etdiyi bank xidmətlərini seçərək, əsas ekrana yerləşdirə bilər. Azərbaycan mobil bankçılığında ilk dəfə müştəri menyu bəndlərini əsas ekranda öz istəyinə görə tənzimləyə bilər. Bu, müştərinin bank xidmətinə birbaşa çıxışını təmin etməklə yanaşı, vaxtına da xeyli qənaət edir.
“Unibank Mobile” xidmətindəki digər dəyişikliklərə görə, müştərilər “Unibank”da ailə üzvlərinin və dostlarının kreditini öz telefonları vasitəsilə ödəyə biləcəklər. Bunun üçün “Ödənişlər” bölümündə yeni “Kredit ödə” bölümü yaradılıb. Kreditini ödəmək istədiyiniz şəxsin şəxsiyyət vəsiqəsinin PIN kodunu və müqavilə nömrəsini yazaraq, hesabınızdan onun kreditini ödəyə bilərsiniz.
Daha bir yenilik isə “Unibank Mobile” xidmətinə daxil olduğunuz parolu dəyişmək imkanının yaradılmasıdır. Bunun üçün müştəri menyudan “Ayarlar” bölümünə daxil olub şifrəni dəyişə bilər.
“Unibank Mobile” banka getmədən istifadəçilərinə böyük hədiyyələr də qazandırır. Bankın “Unibank Mobile” əlavəsi istifadəçiləri arasında keçirdiyi lotereyanın şərtlərinə görə, mobil bankinqlə əməliyyat edən müştərilər onlarla dəyərli hədiyyə qazanacaqlar.
Oktyabrın 12-dək davam edəcək lotereyanın 24 qalibi olacaq. “Unibank Mobile” əlavəsində hər biri minimum 5 AZN olan 3 əməliyyat iştirakçıya 1 şans qazandırır. Lotereya dövrünə düşən hər təqvim ayı müştəri aparacağı əməliyyatlardan maksimum 50 şans, yəni 3 ayda 150 şans toplaya biləcək.
Lotereya müddətində “Unibank Mobile” əlavəsini yükləyərək iyulun 12-dən oktyabrın 12-dək minimum bir əməliyyat aparan müştərilər də böyük hədiyyələr qazanmaq şansı əldə edəcəklər.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, bankın saytından (www.unibank.az) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) əldə etmək olar.