İQTİSADİYYAT
“Unibank” qadınlara üç gün bayram əhvalı yaradacaq
Bakı, 6 mart, AZƏRTAC
“Unibank” qadınların bayramını möhtəşəm və unudulmaz etmək məqsədilə 8 taksit kampaniyasına başlayır.
Bankdan AZƏRTAC-a bildiriblər ki, bank martın 7, 8 və 9-u ALBALI PLUS (ALBALI) kartı ilə alış-veriş edən qadın müştərilərə əsl bayram əhvalı yaradacaq. Kampaniyanın davam etdiyi 3 gün ərzində ALBALI PLUS (ALBALI) kart sahibləri 3 və 6 taksitli alış-verişlərə bankdan əlavə 2 taksit hədiyyə qazanacaqlar. Üstəlik, 8 mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə 1000-dən artıq partnyor mağazada müxtəlif endirim və hədiyyələr ALBALI PLUS (ALBALI) kart sahiblərini gözləyir.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, bankın saytından (http://www.unibank.az) və yaxud bankın facebook səhifəsindən (www.facebook.com/unibank.az) əldə etmək olar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]