İQTİSADİYYAT


“Unibank” təhsil sektorunda çalışanlar üçün sıfır faiz komissiyalı kredit kampaniyası keçirir

A+ A

Bakı, 7 oktyabr, AZƏRTAC

“Unibank” Beynəlxalq Müəllimlər Günü münasibətilə təhsil sektorunda çalışanlar üçün sıfır faiz komissiyalı kredit kampaniyası keçirir.

Bankdan AZƏRTAC-a verilən məlumata görə, oktyabrın 12-dək “Unibank” filiallarına müraciət edən təhsil işçiləri, 5000 AZN-dək krediti 24 ayadək müddətə komissiyasız rəsmiləşdirə biləcəklər. Üstəlik kampaniya müddətində nağd kredit götürən təhsil işçilərinə ALBALI PLUS debet kartı hədiyyə veriləcək.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, bankın saytından (www.unibank.az ) və yaxud “facebook” və “twitter” səhifələrindən (www.facebook.com/unibank.az, https://twitter.com/unibank) əldə etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.