İQTİSADİYYAT
“Unibank” texnoloji yeniliklərin tətbiqini davam etdirir
Bakı, 29 avqust, AZƏRTAC
“Unibank” öz məhsul və xidmətlərində növbəti yeniliklər tətbiq etməyə hazırlaşır.
Bankdan AZƏRTAC-a verilən məlumata görə, xidmətlərində daim texnoloji yeniliklərə üstünlük verən “Unibank” hazırda tranzaksiyaların təhlükəsizliyinin daha da yüksəldilməsi məqsədilə yeni proqramların tətbiqini həyata keçirir. Bu proqram təminatının tətbiqindən sonra müştərilərin hesab və kartlarında apardığı əməliyyatların təhlükəsizliyi və qorunması daha da yüksələcək.
Yeni sistemin tətbiqi ilə əlaqədar olaraq yaxın bir neçə gün ərzində xidmətlərdə müvəqqəti texniki məhdudiyyətlər olacaq. Bununla bağlı bank müştərilərinin diqqətinə çatdırır ki, ən qısa müddətdə bu məhdudiyyətlər aradan qaldırılacaq.
Ortaya çıxan hər hansı məsələ ilə bağlı ətraflı məlumatı (012) 117 nömrəli telefondan, bankın saytından (www.unibank.az) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) əldə etmək olar.