İQTİSADİYYAT
“Unibank”dan yeni kampaniya
Bakı, 26 may, AZƏRTAC
Mayın 26-dan iyunun 1-dək hər kəs “Unibank” filiallarına müraciət edərək Premium bank kartlarını (VISA/MasterCard Gold və Platinum) 50 faiz endirimlə ala biləcək.
Bankdan AZƏRTAC-a bildiriblər ki, bankın Premium kartları sahiblərini ən yüksək xidmət, malların və xidmətlərin haqqının ödənilməsi zamanı əhəmiyyətli endirimlər və səmərəli təkliflər gözləyir.
Hazırda keçirilən stimullaşdırıcı lotereya çərçivəsində “Unibank” Visa Premium kartları (Gold, Platinum, Infinite) ilə 50 AZN-dən (və ekvivalentində) başlayan nağdsız əməliyyatlar müştərilərə arzuladıqları ölkəyə səyahət imkanı qazandıracaq. Lotereyada iyulun 31-dək Azərbaycan ərazisində və ya xarici ölkələrdə nağdsız əməliyyat aparan hər kəs (kommunal ödəniş, telefon balansının artırılması, internet və kabel TV ödənişləri, kart balansının artırılması istisna olmaqla) iştirak edə bilər.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, bankın saytından (www.unibank.az) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az, https://twitter.com/unibank) əldə etmək olar.