İQTİSADİYYAT
“Unibank”ın ALBALI PLUS debet kartı müştərilərə bir çox üstünlüklər verir
Bakı, 22 avqust, AZƏRTAC
“Unibank”ın ALBALI PLUS debet kartına sahib olan müştərilər gündəlik bank əməliyyatlarının çoxunu cəmi bir kart vasitəsilə apara biləcəklər.
Bankdan AZƏRTAC-a bildiriblər ki, ALBALI PLUS debet kartına sahib olmaq müştərilərə bir çox üstünlüklər verir. Hər alış-verişdə xərclədikləri vəsaitin 20 faizədək hissəsi kart hesablarına geri qayıdacaq. Müştərilər kartdakı pullarını komissiyasız nağdılaşdıra bilərlər. Kartda qalan pulların illik 6 faizədək depozit gəliri hesablanır. Müştərilər debet kartını öz istəklərinə görə manat və ya dollar valyutasında sifariş edə, kartın hansı ödəniş sistemində olmasını seçə, tərəfdaş və qeyri-tərəfdaş mağazalarda çoxlu endirim və hədiyyələr əldə edə bilərlər.
“Unibank Mobile” əlavəsində ALBALI PLUS debetlə apardıqları əməliyyatlar müştərilərə İphone 6S telefonu və digər qiymətli hədiyyələr qazanmaq şansı verir. “Unibank Mobile” istifadəçiləri arasında keçirilən lotereyanın şərtlərinə görə, hər biri minimum 5 AZN olan 3 əməliyyat iştirakçıya 1 şans qazandırır.
“Unibank”ın keçirdiyi kampaniya çərçivəsində ALBALI PLUS debet kartının qiyməti cəmi 3 AZN/USD-dir. Sadəcə şəxsiyyət vəsiqəsi ilə istənilən bank filialına yaxınlaşmaqla və ya onlayn (http://debet.albali.az/) sifariş verməklə sərfəli ALBALI PLUS debet kampaniyasında iştirak etmək olar. Kampaniya noyabrın 8-dək davam edəcək.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, bankın saytından (www.unibank.az ) və yaxud “facebook” və “twitter” səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) əldə etmək olar.