İQTİSADİYYAT
“Unibank”ın mobil istifadəçilərinin hədiyyə qazanmaq imkanı var
Bakı, 12 iyul, AZƏRTAC
“Unibank” mobil əlavəsinin istifadəçiləri arasında keçirdiyi lotereyanın şərtlərinə görə, mobil bankinqlə əməliyyat edən müştərilər onlarla dəyərli hədiyyə qazanacaqlar.
Bankdan AZƏRTAC-a bildiriblər ki, bank filialına getmədən, ödəmə terminalı axtarmadan, evdə, işdə telefonla bank əməliyyatı edən istifadəçilər “İphone 6S” qazana biləcəklər. Lotereya iyulun 12-dən oktyabrın 12-dək davam edəcək. 24 qalibin müəyyənləşdiriləcəyi tiraj oktyabrın 28-də oynanılacaq. Tiraj bankın baş ofisində (R.Behbudov küçəsi 55) keçiriləcək.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, bankın saytından (www.unibank.az ) və yaxud “facebook” və “twitter” səhifələrindən (www.facebook.com/unibank.az, https://twitter.com/unibank) əldə etmək olar.