DÜNYA


Unikal “Əfsanə” brilyantı hərraca çıxarılacaq

Bakı, 12 may, AZƏRTAC

“Christie’s” satış evi mayın 17-də hərraca çıxarılacaq 250 zinət əşyasından ibarət kolleksiyasını Cenevrədə nümayiş etdirib.

AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, “Bemer və Bassanj” zinət evinin hazırladığı “Əfsanə” brilyantı ilə bəzədilmiş mirvari boyunbağı kolleksiyanın ən bahalı nümunəsidir.

Satış evinin nümayəndəsi Jan-Mark Lünel ürək formasında hazırlanan 92 karatlıq brilyantı təxminən 14-20 milyon dollar həcmində qiymətləndirir.

“Əfsanə” brilyantı indiyədək hərraca çıxarılan bu qəbildən olan ən böyük qiymətli daşdır.

Hərracın əsas lotlarından biri də 15 karatlıq Birma yaqutu və brilyantlarla bəzədilmiş üzükdür. Mütəxəssislərin fikrincə, onun qiyməti 15 milyon dollaradək yüksələ bilər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.