CƏMİYYƏT


Universitet tələbələrinin Əmlak Məsələləri  Dövlət Komitəsində tədris təcrübələri başa çatıb

A+ A

Bakı, 2 avqust, AZƏRTAC

Bakı Dövlət Universitetinin ekologiya və torpaqşünaslıq fakültəsinin yer quruluşu və kadastr ixtisası üzrə təhsil alan tələbələrinin Azərbaycan Respublikası Əmlak Məsələləri  Dövlət Komitəsində (ƏMDK) tədris təcrübələri başa çatıb.

Universitetdən AZƏRTAC-a bildirilib ki, iyulun 19-dan avqustun 1-dək tələbələr təhsil aldıqları ixtisasa uyğun olaraq ƏMDK-da geodeziya ölçü alətləri ilə tanış olub, torpaq sənədləşdirilməsi ilə bağlı prosesləri mənimsəyiblər.

Xatırladaq ki, tələbələr həm də BDU-nun Quba Tədris-Təcrübə və İstirahət Bazasında çöl-tədris təcrübələrində olublar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.