ELM VƏ TƏHSİL


Universitetdə “Açıq qapı” günü

Bakı, 10 dekabr, AZƏRTAC 

Dekabrın 10-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Açıq qapı” günü təşkil olunub.

ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, müəllim və tələbələrin, valideynlərin iştirak etdikləri tədbirdə ümummilli lider Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad olunub.

Tədbirdə universitetin rektoru, professor Mustafa Babanlı ADNSU-nun fəaliyyətindən, burada təhsilin inkişafı üçün reallaşdırılan tədbirlərdən, qazanılan uğurlardan danışıb. Qeyd edilib ki, ADNSU ilə müvafiq müəssisələr arasında əlaqələrin yaradılması istiqamətində səmərəli iş aparılır. Dekabrın 17-də universitetdə karyera sərgisinin keçiriləcəyini diqqətə çatdıran rektor tələbələrin, xüsusilə üçüncü və dördüncü kurslarda, magistratura pilləsində təhsil alan gənclərin bu sərgidə fəal iştirak edəcəklərini söyləyib.

Universitetdə imtahanların keçirilməsi, reallaşdırılan layihələr və digər məsələlərlə bağlı fikirlərini bildirən M.Babanlı tələbələrə tövsiyələrini verib, onlara təhsildə yeni nailiyyətlər arzulayıb.

Sonda tələbə və valideynlərin sualları cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.