ELM VƏ TƏHSİL
Universitetdə Erasmus+ proqramı üzrə treninqlər təşkil olunacaq
Bakı, 30 noyabr, AZƏRTAC
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Erasmus+ proqramı üzrə transfer texnologiyaları əsasında treninqlər təşkil olunacaq.
ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, treninqlərin keçirilməsinin məqsədi universitetdə transfer texnologiyaları üzrə məşqçilərin hazırlanmasıdır.
Hər fakültədən iki tələbənin cəlb olunduğu treninqlərdə Azərbaycan və Ukrayna mütəxəssisləri mühazirələr oxuyacaqlar. Treninqlər dekabrın 4-də başa çatacaq.
Erasmus + proqramı Avropada universitetlər arasında tələbə və müəllim, təcrübə mübadiləsi imkanları yaradır. Proqramın əsas məqsədi təhsilin keyfiyyətini yüksəltməkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.04.2024 [16:52]
IV Azərbaycan Astronomiya Olimpiadasının final mərhələsi keçirilib
- 20.04.2024 [11:50]
AzTU-nun nizamnamə fondu 29,4 milyon manat olaraq müəyyən edilib
- 20.04.2024 [11:38]