CƏMİYYƏT


Universitetdə daimi işə qəbul olunan müəllimlər and içiblər

A+ A

Bakı, 11 noyabr, AZƏRTAC

Noyabrın 11-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) ilk dəfə daimi işə qəbul olunan müəllimlərin andiçmə mərasimi keçirilib.

ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, tədbir Təhsil Nazirliyinin 2014-cü il 16 may tarixli əmrinə uyğun olaraq reallaşdırılıb.

Universitetin tədris işləri üzrə prorektoru, dosent Qasım Məmmədov işə qəbul olunan müəllimləri təbrik edib, uğurlar arzulayıb.

Sonra ADNSU-da ilk dəfə daimi işə qəbul olunan 18 müəllim Azərbaycan Respublikasının dövlət bayrağı altında Konstitusiyaya əl basaraq and içiblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.