SİYASƏT


Universitetdə dövlət müstəqilliyimizin bərpasının 25 illiyinə həsr olunan sərgi açılıb

Bakı, 15 oktyabr, AZƏRTAC

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Azərbaycanın müstəqilliyinin bərpasının 25 illiyi münasibətilə sərgi təşkil edilib.

ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, sərgidə dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycanın inkişaf yollarından, ölkədə qazanılan nailiyyətlərdən bəhs edən kitablar, qəzet və jurnal materialları nümayiş olunur.

Eyni zamanda, sərgidə ADNSU-nun müəllimlərinin, mütəxəssislərin müxtəlif elm sahələrinə aid kitabları, dərslik və dərs vəsaitləri yer alıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.