ELM VƏ TƏHSİL
Universitetdə startap məktəbləri fəaliyyətə başlayacaq
Bakı, 28 noyabr, AZƏRTAC
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 2016-cı ilin yanvarından startap məktəbləri fəaliyyətə başlayacaq.
ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, noyabrın 28-də bu münasibətlə universitetdə tədbir keçirilib. Tədbirdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı təhsilin inkişafı ilə bağlı fikirlərini bildirib.
Sonra Ukrayna Milli Texniki Universitetinin nəzdində fəaliyyət göstərən İnformasiya Texnologiyaları və Təhsil İnstitutunun direktoru İnna Malyukova, İsraildə fəaliyyət göstərən Biznes İnkubatorun direktoru, startap təlimçi İqor Peer məruzə ilə çıxış ediblər. Startap layihələri, startap məktəblərinin açılması və qurulması metodları barədə məlumat verilib, tələbələrin sualları cavablandırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [18:40]
AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər
- 19.04.2024 [18:26]
ADPU-da “Heydər Əliyev dərsləri” davam edir
- 19.04.2024 [18:04]
“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans
- 19.04.2024 [17:43]