CƏMİYYƏT


Universitetdə tanınmış yazıçının 80 illik yubileyi qeyd edilib

A+ A

Bakı, 23 noyabr, AZƏRTAC

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) bu ali məktəbin kafedra müdiri, professor, yazıçı, dramaturq və publisist, Əməkdar Jurnalist Aqşin Babayevin 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

ADMİU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə tələbələrin ifasında A.Babayevin müəllifi olduğu şeirlər dinlənilib, musiqilər səslənib.

Tədbirdə universitetin rektoru, professor Fərəh Əliyeva Aqşin Babayevin bu ali məktəbdəki mövqeyindən danışıb, ona xoş arzularını çatdırıb.

Digər çıxış edənlər də yubilyarı təbrik edib, onun elmi-pedaqoji və yazıçılıq fəaliyyətindən söz açıblar.

A.Babayev tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.