CƏMİYYƏT


Universitetdə tibbi-psixoloji seminar təşkil edilib

A+ A

Bakı, 17 noyabr, AZƏRTAC

Bakı Dövlət Universitetində (BDU) “Səmərəli ünsiyyət texnikaları” və “Virus hepatitlərindən qorunma yolları” mövzusunda tibbi-psixoloji seminar keçirilib.

BDU-dan AZƏRTAC-a bildiriblər ki, seminarda universitet tələbə həmkarlar ittifaqı komitəsinin sədri Daşqın Qəmbərov psixoloji amillərin gənclərin həyatına göstərdiyi təsirdən, gənclərin tibbi-psixoloji maarifləndirilməsinin əhəmiyyətindən danışıb.

Hepatoloq-qastroenteroloq Aqil Ağakişiyev virus hepatitlərindən, hepatit C virusunun yayılması, profilaktikası və müalicəsi yollarından bəhs edib.

Psixoloq Ramil Nəcəfli səmərəli ünsiyyət texnikaları, o cümlədən düzgün tənqidetmə metodu olan “Sendviç” modeli barədə məlumat verib. Onun sözlərinə görə, “Sendviç” adı verilən bu modeli bildikdə həyatımız və münasibətlərimiz xeyli asanlaşır.

Sonda tələbələrin sualları cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.