ELM VƏ TƏHSİL
Universitetin müəllimi Türkiyədə keçirilən beynəlxalq konqresdə “Araşdırmaçı ödülü” ilə mükafatlandırılıb
Bakı, 7 dekabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) insan hüquqları və informasiya hüququ kafedrasının müəllimi, hüquq üzrə fəlsəfə doktoru Daşqın Qənbərov Türkiyənin Antalya şəhərində keçirilən Beynəlxalq Türk Dünyası Təhsil və Sosial Elmlər Konqresində iştirak edib.
BDU-dan AZƏRTAC-a bildiriblər ki, türkdilli ölkələrdən olan alim və təhsil işçilərinin qatıldıqları tədbirdə D.Qənbərov Azərbaycan Respublikasında keçirilmiş sonuncu ümumxalq səsverməsində müzakirəyə çıxarılan referendum aktının müddəalarını insan hüquqları kontekstində təhlil edib.
D.Qənbərov türk akademik həyatına vermiş olduğu dəyərli təkliflərinə görə UAESEB idarə heyəti tərəfindən xüsusi “Araşdırmaçı ödülü” ilə mükafatlandırılıb.