ELM VƏ TƏHSİL


“Universitetlərarası ana dili” müsabiqəsinin qalibləri mükafatlandırılıblar

A+ A

Bakı, 26 dekabr, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) birinci “Universitetlərarası ana dili“ müsabiqəsi keçirilib.

Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr edilən müsabiqə “İqtisadçı tələbələrə dəstək” İctimai Birliyi və “UNEC Yaradıcılıq Mərkəzi”nin birgə təşkilatçılığı ilə həyata keçirilib.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, tədbirin məqsədi milli sərvətimiz olan ana dilinin təbliğinə, onun gənclərə sevdirilməsinə və gələcək nəsillərə çatdırılmasına xidmət etməkdir.

Münsiflər heyəti müxtəlif ixtisas sahibləri olacaq tələbələrin yaradıcılıq qabiliyyətlərinin üzə çıxarılmasında layihənin əhəmiyyətini qeyd edib.

Sonra 17 universitetin tələbələri şeir və mahnı kateqoriyaları üzrə bacarıqlarını sınayıblar. Şeir müsabiqəsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) tələbəsi Ümman Budaqov birinci yerin qalibi olub. İkinci yerə UNEC-in tələbəsi İqbal Bayramov, üçüncü yerə isə Sumqayıt Dövlət Universitetinin tələbəsi Əliyar Rəfiyev layiq görülüb.

UNEC-in tələbəsi, gənc vokalçı Aslan Əzimzadə ən yaxşı mahnı ifaçısı seçilib. Ikinci yerə ADMİU-nun tələbələri Azər Səlimov, Ağayar Xanlarov, Cahandar Xanlarov, üçüncü yerə Odlar Yurdu Universitetinin tələbəsi Ənvər Məmmədhəsənov layiq görülüblər.

Qaliblər mükafatlandırılıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.