Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Ünvanlı sosial yardımın təyin olunması prosesinə məmur müdaxiləsi mümkün deyil

Ünvanlı sosial yardımın təyin olunması prosesinə məmur müdaxiləsi mümkün deyil

Bakı, 12 iyul, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2015-ci il 23 fevral tarixli Fərmanına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ünvanlı dövlət sosial yardım proqramının avtomatlaşdırılmış infrastrukturunun yaradılması, cari il fevral ayının 15-dən Vahid Elektron Müraciət və Təyinat Alt Sisteminin (VEMTAS) tətbiqinə başlanılması dövlət sosial yardımı sahəsində əhaliyə müasir və şəffaf xidmətlər sisteminin formalaşmasına imkan verib.

Bunu AZƏRTAC-a nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev deyib. O vurğulayıb ki, VEMTAS ötən müddətdə gözlənilən səviyyədə özünü doğruldaraq, dövlət xidmətlərinin təşkilində elektron texnologiyaların tətbiqi yolu ilə məmur-vətəndaş təmaslarının tam aradan qaldırılması və vətəndaşların şəffaf xidmətlərlə təminatına nail olunması istiqamətində uğurlu islahat təcrübəsidir. Mükəmməl proqram təminatları üzərində qurulan bu sistem ünvanlı dövlət sosial yardımının alınması üçün müraciətin edilməsi, müraciətlərə baxılması və yardım təyin olunub-olunmaması barədə qərar qəbulu, habelə həmin qərarlar barədə vətəndaşların məlumatlandırılması prosesinin tam avtomatlaşdırılmış şəraitdə, heç bir məmur müdaxiləsi mümkün olmadan, şəffaf şəkildə həyata keçirilməsini təmin edir: “Dövlət idarəetmə və xidmətlər sistemində aparılan hər bir islahatın əsas məqsədi ümumi fəaliyyətin səmərəli təşkili və funksional tələblərin daha təkmil formada icrası ilə bərabər, əhaliyə xidmətlərin müasir və şəffaf, vətəndaşlar üçün çevik və rahat şəkildə formalaşdırılmasıdır. VEMTAS bunun əyani bir nümunəsi kimi diqqəti cəlb edir. Azərbaycanın bu innovativ iş təcrübəsinə beynəlxalq səviyyədə də yüksək dəyər verilib və hazırda əmək və sosial müdafiə sahəsində digər avtomatlaşdırılmış sistemlər kimi, ünvanlı dövlət sosial yardımı üzrə Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi də BMT-nin portalında qabaqcıl təcrübə nümunələri kimi təqdim olunur”.

E.Babayev nəzərə çatdırıb ki, vətəndaşlar əvvəllər kağız üzərində rəsmi müraciət üçün ayrı-ayrı qurumlardan sənədlər toplamalı, sonradan həmin sənədləri müvafiq qurumların əməkdaşlarına təqdim etməli olurdularsa, VEMTAS-ın tətbiqi nəticəsində bu praktikaya artıq son qoyulub. Həmin şəxslər indi sadəcə olaraq “Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” e-xidməti vasitəsilə “Ərizə-bəyannamə”ni dolduraraq sistemə daxil etməklə kifayətlənirlər. Elektron qaydada edilən e-müraciətlərə VEMTAS tərəfindən elektron qaydada baxılaraq qərar qəbulu prosesi elə ilk gündən başlayaraq normal qaydada davam etdirilir. Ötən müddətdə artıq 48 min 844 nəfər ailə üzvü olan 12 min 383 ailəyə VEMTAS tərəfindən, yəni avtomatlaşdırılmış rejimdə ünvanlı dövlət sosial yardımı təyin edilib. Ümumilikdə isə ölkəmizdə 532 min nəfərdən artıq ailə üzvünü əhatə edən 124 mindən çox ailəyə ünvanlı dövlət sosial yardımı ödənilir: “Ünvanlı dövlət sosial yardımı üçün elektron müraciət sisteminə keçilməsi, yardım almaq hüquqlarına da məhz elektron qaydada baxılaraq qərar verilməsi elə ilk gündən əhali tərəfindən rəğbətlə qarşılanıb. Bu gün nazirliyə və müxtəlif instansiyalara ünvanlanan çoxsaylı vətəndaş müraciətlərində də ünvanlı dövlət sosial yardımlarının avtomatlaşdırılmasından, həmin sistem vasitəsilə sosial yardımların təyinatında ünvanlılığın və şəffaflığın təmin edilməsindən razılıqlarını ifadə edirlər. Çünki insanlar yaxşı dərk edirlər ki, bu sistemdə ünvanlı sosial yardımın təyin olunması barədə qərar qəbul edilməsi prosesinə məmur müdaxiləsi qeyri-mümkündür. Bununla belə, avtomatlaşdırılmış sistem tərəfindən ailələrinə sosial yardımın təyinatından imtina edilməsinə görə ayrı-ayrı şəxslərin nazirliyin qəbul otağına müraciət edənlər olur. Araşdırma zamanı aydın olub ki, həmin vətəndaşlar öz ailə tərkibləri və real gəlirləri barədə sistemə düzgün məlumat daxil etmədiyi üçün, həmçinin ailələrinin orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan yuxarı olduğu üçün avtomatlaşdırılmış sistem tərəfindən onların ailələrinə sosial yardımın təyin edilməsindən imtina qərarı verilib. Belə şəxslərin şikayət müraciətlərinin bir sıra KİV-lər tərəfindən aksiya kimi təqdim edilməsi isə ucuz sensasiyaya, cəmiyyətdə dezinformasiya yaratmağa, sosial yardım sisteminin şəffaflaşdırılması sahəsində görülən işləri gözdən salmağa yönəlib”.

Şöbə müdiri əlavə edib ki, nazirliyin rəsmi şəxsləri həmin vətəndaşlarla görüşərək, onlara müvafiq hüquqi izahatlar veriblər. Onların diqqətinə çatdırılıb ki, vətəndaşlar elektron şəkildə müraciət zamanı “Ərizə-bəyannamə”ni doldurarkən səhv, yanlış məlumatlar daxil etdikdə, bu, dərhal üzə çıxır. Çünki aidiyyəti qurumlarda onlar barədə olan rəsmi məlumatlar əldə edilərək yoxlanılır, uyğunsuzluq aşkar edilərsə, yardımın təyin olunmasından imtina qərarı verilir. Belə qərar verildiyi təqdirdə vətəndaşa bu barədə göndərilən elektron məlumatda da imtinanın səbəbləri göstərilir: “Ayrı-ayrı şəxslərin artıq iki aydır yardımlarını ala bilmədikləri də əsassızdır. Çünki Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli Sərəncamına əsasən, ünvanlı dövlət sosial yardımlarının təyinat müddəti bir ildən iki ilədək uzadılıb. Hazırda yardım alanlar da sərəncamın imzalandığı dövrdən, yəni ötən ilin martından sonra ikiillik müddətə yardım təyin olunan ailələrdir. Ona görə də cari il ərzində hansısa ailəyə ünvanlı yardımın verilməsinin dayandırılması barədə deyilənlər həqiqətdən uzaqdır. Onu da qeyd edək ki, ünvanlı dövlət sosial yardımı proqramı aztəminatlı ailələrin minimum maddi tələbatlarının ödənilməsinə yönələn, lakin onların yoxsulluqdan çıxmasını şərtləndirməyən passiv xarakterli sosial müdafiə tədbiridir. Bu səbəbdən aztəminatlı ailələrin özünüməşğulluq imkanlarına yiyələnməklə yoxsulluq vəziyyətindən çıxmalarına şərait yaradılması üçün onların aktiv sosial müdafiə tədbirlərinə cəlb edilməsi diqqətdə saxlanılır. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bu məsələ ilə əlaqədar deyib: “Biz uzun illər insanlara ünvanlı sosial yardım veririk. Bu da çox ciddi sosial təşəbbüsdür. Yüz mindən çox ailəyə dövlət tərəfindən ünvanlı sosial yardım verilir. Biz bunu ona görə edirik ki, bu insanların maddi təminatı lazımi səviyyədə deyil. Ancaq biz tədricən o aztəminatlı ailələr üçün şərait yaratmalıyıq ki, onlar özləri pul qazansınlar, özləri işlə məşğul olsunlar. Çünki bəzi hallarda dövlət sektorunda açılmış iş yerlərinə o qədər də böyük maraq göstərilmir. Bəziləri deyirlər ki, mən dövlətdən yardım alıram, niyə gedib işləməliyəm? Bu, yaxşı hal deyil. Bu, ələbaxımlıq yaradır. Ələbaxımlıq da gələcəkdə çox böyük problem ola bilər. Ona görə, insanlar özləri daha da məsuliyyətli olmalıdırlar. Dövlət qurumları şərait yaratmalıdır ki, tədricən ünvanlı sosial yardım əvəzinə hər bir insan özü üçün iş qursun. Dövlət kömək edəcək. Prezidentin ehtiyat fondundan bu məqsədlər üçün ilkin olaraq 6 milyon manat ayrılıbdır. Lazım olarsa daha da çox vəsait ayrılacaq. Hər bir rayonda insanlar fərdi qaydada işlə təmin ediləcək. Onlar dövlətdən asılı olmayacaqlar. Onlar halal pul qazanacaqlar, ailələrini dolandıracaqlar”.

E.Babayev bildirib ki, Azərbaycan Prezidentinin “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” 2016-cı il 7 aprel tarixli Sərəncamı ilə əhalinin özünüməşğulluğunun təmin olunması üçün 6 milyon vəsait ayrılıb. Ayrılmış vəsait hesabına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ölkə üzrə təqribən 1400 ailənin özünüməşğulluq proqramlarına cəlb olunması, əmək qabiliyyətli üzvləri olan belə ailələr üçün kiçik ailə təsərrüfatlarının yaradılması nəzərdə tutulur. Hazırda Sərəncamın icrası istiqamətində məqsədyönlü işlər aparılır və görülən işlər ölkədə aztəminatlı ailələr üçün dayanıqsız passiv sosial təminat tədbirlərindən dayanıqlı aktiv məşğulluq proqramlarının tətbiqinə keçid təmin ediləcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Xəzər dənizində tikinti məqsədləri üçün süni torpaq sahələri yaradılacaq

Ədliyyə işçilərinə və ailə üzvlərinə mənzil kirayəsi ilə bağlı pul kompensasiyası ödəniləcək

Hesablama Palatasının builki hesabatında Dayanıqlı İnkişaf Məqsədləri prioritet olub RƏY

Aİ Rusiyaya qarşı 14-cü sanksiyalar paketi üzərində işləyir

FHN: Sumqayıtda qanunsuz tikili sökülüb VİDEO

Türkiyə gələn il Somalidə neft kəşfiyyatına başlamağı planlaşdırır

“Netflix” bu il daha 9,3 milyon abunəçi qazanıb

“Ağ-qaralar”ın idman direktoru: Klubu sevən azarkeş hər zaman stadionda olmalıdır

Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb

İsveçli funksioner: Transfer işləri ilə skaut komandası maraqlansa da, son qərarı mən verirəm

Xocavənd rayonunda fermada xeyli sayda partlayıcı maddə aşkarlanıb

Tarix Muzeyində tədbir: Molla Nəsrəddin güldürür və düşündürür

Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər

Naxçıvan Muxtar Respublikası Ali Məclisinə yeni hüquq verilir

İnzibati xəta haqqında iş üzrə icraat zamanı foto və ya video çəkilişin mediaya təqdim edilməsi inzibati məsuliyyətə səbəb olacaq

Yen Andersson: Növbəti mövsümün əvvəlində "Neftçi" yeni bazasından istifadə edə biləcək

Ölkə ərazisində havanın temperaturu 30 dərəcəyə yüksələcək

Azərbaycan Təhsil Cəmiyyətinin İdarə Heyəti yeni tərkibdə təsdiqlənib

Qərbi Azərbaycanda milli maarifçilik tariximiz – Araşdırma

“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dən çıxarıb

Zərərli maddələrin miqdarı normadan çox olan avtomobillərin sürücülərinə qarşı tədbirlər görülüb VİDEO

“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilir

ÜST quş qripi ilə bağlı həyəcan təbili çalır

“Science” jurnalı: Çinin iri şəhərlərinin təxminən yarısı çökür

ATMU nümayəndələri “Erasmus+” layihəsi çərçivəsində Avstriyada təlimdə olublar

Binəqədi rayonunda tanışlarını kafedə qəsdən öldürən şəxs barədə cinayət işi məhkəməyə göndərilib

Hesablama Palatasının sədri: 2024-cü ildə bir neçə mövzuda ekoloji audit keçiriləcək

Bərdə Peşə Liseyinin tələbəsi ABŞ-da keçirilən yarışda ölkəmizi təmsil edəcək

Vüqar Gülməmmədov: Ötən il obyektlər tərəfindən məsuliyyətə cəlbetmə istiqamətində fəaliyyət əvvəlki illərə nisbətən yetərli olub

“Sony” və “Apollo” kompaniyaları “Paramount” şirkətini satın almaq niyyətindədir

Yens Andersson: Başlıca məqsəd "Neftçi"yə xarakteri yaxşı olan futbolçular cəlb etməkdir

Azərbaycan, Rusiya və Qazaxıstanın Hindistanın neft idxalında payı 13 faiz artıb

"Neftçi"nin idman direktoru: Azərbaycanın ən böyük klubunda işləmək qürurverici hissdir

Məleykə Abbaszadə gənclərə çağırış etdi: Özlərini aldatmasınlar

FHN: Ötən sutka ərzində ikisi azyaşlı olmaqla 4 nəfər xilas edilib

Rusiyanın qəzaya uğrayan hərbi təyyarəsinin pilotlarından biri həlak olub

Şri-Lanka Rusiyaya çay ixracını 14 faiz artırıb

TDT diplomatiya akademiyalarının toplantısı Bakıda keçiriləcək

NASA süni intellekt sayəsində iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verəcək

“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri İmişlidə vətəndaşlarla görüşəcək

Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb

Sudanda 390-dan çox insan vəba və “denge” qızdırmasından ölüb

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü ifşa edilib

Şərqşünas alim Ege Universitetində XX əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımlar haqqında məruzə deyib

AQTA sədri istehlakçılara çağırış edib

Mərkəzi Seçki Komissiyasının nümayəndə heyəti Maldiv Respublikasında parlament seçkilərini müşahidə edəcək

Ukraynaya daha bir hava hücumu: 8 nəfər ölüb, 25 nəfər yaralanıb VİDEO

Deputat: Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılması yeni mərhələ deməkdir

Şirvan elektrik şəbəkəsi yenidən qurulur

Qərbi Azərbaycanın iqtisadi inkişaf potensialı: retrospektiv təhlil və gələcəyə baxış - AzMİU-da konfrans

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Kənan Bağırov

Dövlət Xidməti Şamaxıda maarifləndirici tədbir keçirib

Parlamentdə Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti ilə bağlı hesabatı müzakirə olunur

AFR-in vitse-kansleri saat yarım Kiyevdə bomba sığınacağında qalıb

Səməd Seyidov: Türk dövlətləri arasında münasibətlər intensivləşməkdədir

Yevlaxda genişzolaqlı internetə çıxış 71 faiz təşkil edir

ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasını əngəlləyib

İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında

Premyer Liqada XXXI turun hakimləri bəlli olub

Türkiyə ordusu üçün daha 40 ədəd Hürkuş-B təlim təyyarəsi sifariş edilib

"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib VİDEO

Famil Ağayev: Məşqçilik karyeramın ən böyük həyəcanını keçirdim

Azərbaycan ərazisində ekoloji streslərə davamlı bitki növlərinin artırılması – elmi seminar

TDT-yə üzv ölkələrin parlamentlərinin beynəlxalq münasibətlər üzrə komitələrinin Bakıda konfransı keçiriləcək

Üç ayda DSMF-də 69 mindən çox vətəndaş müraciəti cavablandırılıb

XRİTDX-nin nümayəndə heyəti Türkiyədə “Müdafiə və Havaçılık sahəsində” keçirilən tədbirdə iştirak edir

Keniyalı general helikopter qəzasında ölüb

Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcək

Milli Məclis 14 məsələnin müzakirəsinə başlayıb

İsmayıllıda fəaliyyət göstərən bazarda nöqsanlar aşkarlanıb

Avstraliya öz vətəndaşlarını İsrail və Fələstini tərk etməyə çağırır

Beynəlxalq Muğam Mərkəzində “Sərhədsiz Puşkin” adlı konsert keçiriləcək

Azərbaycanda böyrək əməliyyatı icbari tibbi sığorta ilə qarşılanır

İsrail İrana raket zərbəsi endirdiyini təsdiqləyib

Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə bürünc medal qazanıb

“Fotolarda canlanan tarix” sərgisi başa çatıb

Dubayda qastronomiya festivalı açılır

Azərbaycan Premyer Liqası: XXXI tura Tovuzda start veriləcək

“Turan Tovuz” klubunun rəsmisi: Avropanı Tovuz şəhərinə gətirmək istəyirik

Azərbaycanın voleybol çempionatlarında final və üçüncülük oyunlarının tarixləri bəlli olub

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanına qeydiyyat davam edir

Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

Bu gün tanınmış şair Tofiq Bayramın anım günüdür

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

DİN: Ötən gün 5 tüfəng təhvil götürülüb

Yaşıl dünya naminə həmrəy Azərbaycan

® “AlatBay” Logistik Mərkəzi “Edge Advanced Green” sertifikatına layiq görülüb

Azərbaycan neftinin qiyməti 88 dollara enib

Polis 6 kiloqramdan çox narkotik vasitə aşkar edib

Xankəndidə silah-sursat aşkarlanıb

Axtarışda olan 80 nəfər saxlanılıb

Göyçayda vətəndaşlardan avtomat və tüfənglər götürülüb

Salyanda minik avtomobilləri toqquşub, yaralılar var

Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb

Azərbaycanla KAICIID-in gələcək əməkdaşlıq imkanları müzakirə olunub

Zərdabda sənədsiz silahlar aşkar edilib

Avropanın ən təhsilli xalqları Şimal zonasında yaşayır

Qubada yerin təkindən qanunsuz istifadə ilə bağlı tədbir keçirilib

ABŞ İsrailin İrana hücumu barədə məlumatlandırılıb