CƏMİYYƏT
Ürək-damar xəstəliklərinin həqiqi səbəbi heç də xolesterin və yağlı yeməklər deyilmiş
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bunu amerikalı kardiocərrah, əvvəllər “Banner Heart Hospital”da (Messa, Arizona ştatı) heyət rəhbəri və cərrahiyyə şöbəsinin müdiri olmuş Duayt Landell jurnalistlərə müsahibəsində bildirib. O deyib: “Bu gün mən 5 mindən çox açıq ürək cərrahiyyə əməliyyatı aparan və 25 il təcrübəsi olan kardiocərrah kimi tibbi və elmi amillərlə bağlı səhvi düzəltməyə çalışacağam. Mən indi “tibbi yaradan” digər görkəmli həkimlərlə yanaşı, uzun illər boyu hazırlıq keçmişəm. Biz elmi ədəbiyyatda məqalələri dərc etdirir, maarifləndirici seminarlarda iştirak edir, təkidlə bildirirdik ki, ürək xəstəlikləri yalnız qanda xolesterinin yüksək səviyyəsinin nəticəsidir. Hesab edirdik ki, xolesterinin səviyyəsini aşağı salmaq üçün yeganə münasib terapiya həkimlərin yazdıqları dərmanlar və yağlı qidaları ciddə şəkildə məhdudlaşdıran pəhrizlərdir. Biz inandırırdıq ki, pəhrizlər qanda xolesterinin səviyyəsini aşağı salmalı və ürək xəstəliklərini qabağını almalı idi. Bu tövsiyələri qəbul olunmaması cəfəngiyyat və ya həkim səhlənkarlığın nəticəsi kimi hesab olunurdu.
Bütün bu tövsiyələr elmi və mənəvi cəhətdən əsassız imiş. Bir neçə il əvvəl kəşf olunub ki, ürək-damar xəstəliklərinin həqiqi səbəbi arteriyanın divarcıqlarındakı iltihabdır”.
Amerikalı kardiocərrah sonda bildirdi ki, bu kəşf ürək xəstəliklərinə və digər xroniki xəstəliklərə qarşı mübarizə konsepsiyasını dəyişməyi tələb edir.