CƏMİYYƏT
Ürək-damar xəstəliklərinin profilaktikası 15 yaşından başlanmalıdır
Bakı, 7 oktyabr, AZƏRTAC
Mütəxəssislər bildirirlər ki, yeni tədqiqatlar zamanı həkimlər ürək xəstəliklərinin profilaktikasını başlamaq üçün lazımi yaşı müəyyən edə biliblər.
AZƏRTAC “healthvesti.com” saytına istinadla xəbər verir ki, kompleks müşahidələrin təşəbbüsçüləri Hindistanın Mumbay şəhərinin həkimləridir. Onların sözlərinə görə, müasir həyat şəraiti mürəkkəb xəstəliklərin ortaya çıxmasına şərait yaradır. Tədqiqatçılar getdikcə daha tez-tez gənc oğlan və qızlarda ürək xəstəliklərinin yaranmasına dair yeni hallar qeydə alırlar. Laboratoriya sınaqlarının müəllifləri bildirirlər ki, ürək xəstəliklərinin profilaktikasına 15 yaşından başlanmalıdır.
Baş beyin yetkinlik dövrü başa çatandan sonra tam formalaşır. Buna görə də həmin dövrdə həm oğlan, həm də qızların sağlamlığına xüsusi diqqət yetirilməlidir. Uşaqların əhval-ruhiyyəsində valideynlərin rolu çox böyükdür.
İdmanla məşğul olmaq, sağlam qidalanmaq və stressli halların olmaması ürəyin möhkəmlənməsinə kömək edir.