DÜNYA
Urmiya gölünün quruması təhlükəsi aradan qaldırılır
Tehran, 21 may, AZƏRTAC
İranın Qərbi Azərbaycan vilayətindəki Urmiya gölünün qurumasının qarşısı alınır.
Bu barədə məlumat verən vilayətin parlamentdəki təmsilçisi Seyyid Hadi Bahadori bildirib ki, hökumətin bu gölün məhv olmaması üçün gördüyü tədbirlər nəticəsində Zarrine və Simine çaylarının gölə axması təmin edilib. Gölün qurumasının qarşısını almaq üçün 10 illik proqram hazırlanıb. Ötən 3 ildə həyata keçirilən işlər artıq faydasını verməkdədir.
Qərbi Azərbaycan vilayətinin Ətraf Mühitin Qorunması İdarəsinin rəisi Pərviz Araste jurnalistlərə bildirib ki, hazırda göldə 2,4 milyard kubmetr su var. Halbuki 4 il əvvəl bu rəqəm 500 milyon kubmetr idi.
Onun sözlərinə görə, gölün səviyyəsi ildə 34 santimetr yüksəlir. Hökumətin hazırladığı proqramın tam icrasından sonra Urmiya gölündə suyun səviyyəsi daha da artacaq.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [23:02]
Netanyahu HƏMAS-ın “strateji aktivlərinə” həbs qoyulduğunu açıqlayıb
- 28.03.2024 [20:43]
Lavrov: Ermənistandakı vəziyyət nikbinlik yaratmır
- 28.03.2024 [19:46]
İtaliya İsraili Rəfahda hərbi əməliyyat keçirməməyə çağırıb
- 28.03.2024 [18:54]
Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək
- 28.03.2024 [18:49]
Roma Papasının səhhəti yaxşılaşıb
- 28.03.2024 [18:45]