SİYASƏT


Uruqvayda keçirilən qəbulda Azərbaycan Xalq Cümhuriyyətinin qısa müddətdə gördüyü işlərdən danışılıb

Bakı, 25 may, AZƏRTAC

Azərbaycanın Uruqvaydakı diplomatik missiyası Montevideo şəhərində 28 May - Respublika Günü münasibətilə qəbul keçirib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə Uruqvay hökumətinin nümayəndələri, parlamentin senator və deputatları, diplomatik korpusun, akademik və biznes dairələrinin təmsilçiləri iştirak ediblər.

Azərbaycanın Uruqvaydakı səfiri Rəşad Aslanov qəbulda çıxış edərək müsəlman dünyasında ilk demokratik respublikanın Azərbaycanda qurulmasının tarixi əhəmiyyətindən, Azərbaycan Xalq Cümhuriyyətinin qısa müddətdə gördüyü mühüm işlərdən, eləcə də son illərdə Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində ölkəmizin əldə etdiyi nailiyyətlərdən, həyata keçirilən regional və beynəlxalq əhəmiyyətli layihələrdən bəhs edib. Səfir Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal olunmasından və işğal altındakı ərazilərdə azərbaycanlılara qarşı həyata keçirilən etnik təmizləmə siyasətindən də danışıb.

Azərbaycan və Uruqvay arasındakı əlaqələrin son illərdə yüksək dinamika ilə inkişaf etdiyini vurğulayan R.Aslanov gələcəkdə də ikitərəfli əməkdaşlığın genişlənməkdə davam edəcəyinə inamını ifadə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.