MƏDƏNİYYƏT


Uşaq Filarmoniyası konsert  proqramı ilə çıxış edəcək

Bakı, 2 iyun, AZƏRTAC

İyunun 7-də Azərbaycan Dövlət Uşaq Filarmoniyası Gənc Tamaşaçılar Teatrının səhnəsində konsert proqramı ilə çıxış edəcək.

Filarmoniyanın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, proqram zəngin repertuarı, fərqli nömrələri ilə seçilir.

Konsert proqramında xalq rəqsləri, Azərbaycan bəstəkar əsərləri ilə yanaşı, dünya xalqlarının rəqsləri də yer alacaq. Konsertdə rəqs ansamblı, kamera ansamblı, “Şəms” uşaq xoru, eləcə də Uşaq Xor Kapellasının ifasında maraqlı çıxışlar gözlənilir.

Biletləri Dövlət Uşaq Filarmoniyasından əldə etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.